Ağazadənin zavodundan şikayət edildi - Foto

img

15-07-2014 [12:37]


İqbal Ağazadənin qardaşının zavodu ekologiyanı çirkləndirir.

Bu barədə axar.az-a Xətai rayon Həzi Aslanov qəsəbəsinin sakinləri adından şikayət məktubu göndərib. Məktubda zavodun ətraf ərazinin ekoloji mühitinə ciddi zərbə vurduğu deyilir: "Diqqətinizə çatdırmaq istərdik ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən, Ağazadə İlqar Fehruz oğluna (millət vəkili İqbal Ağazadənin qardaşı) məxsus Beton Zavodu uzun müddətdir ekologiyanı çirkləndirib, bununla da əhalinin haqlı narazılığına səbəb olub. Belə ki, sözügedən qəsəbədə Əhmədli şossesinin 622-ci küçəsi ev 9-da yerləşən zavodun hasarından şösseyə qədərki ərazidə, uzunluğu təxminən 1000-1200, eni isə 25 metr olan yaşıllıq zolağına yük maşınları ilə istifadəyə yararsız tikinti materialları, məişət tullantıları, beton qalıqları və torpaq tökülüb, ərazi kortəbii şəkildə qapadılıb. Müxtəlif vaxtlarda məişət tullantılarının yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb, yanğınsöndürənlər yanğının ətraf ərazilərə keçməsinin qarşısını çətinliklə də olsa alıblar. Betonqarışdıran maşınların yuyulması nəticəsində ətrafa dağılan sement təbəqəsi isti və küləkli günlərdə şössedə nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur. Həmçinin zavodun yaxınlığında yerləşən yaşayış evləri və müəssisələrin iş mühitinə, ərazidə yerləşən bitki örtüyünə ciddi ziyan vurur. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət olunub. Lakin hələ də heç bir iş görülməyib. Sözügedən məsələnin ictimailəşməsinə və problemin həll olunmasına köməklik göstərməyinizi xahiş edirik”.

Qeyd edək ki, bu mətn və fotolar bütün media orqanlarına göndərilib. Şikayət ərizəsində diqqət çəkən "müxtəlif vaxtlarda məişət tullantılarının yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb, yanğınsöndürənlər yanğının ətraf ərazilərə keçməsinin qarşısını çətinliklə də olsa alıblar” və "betonqarışdıran maşınların yuyulması nəticəsində ətrafa dağılan sement təbəqəsi şössedə nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur” ifadələridir.

Beton Zavodunun ətrafa hansı məişət tullantıları yaydığı və betonqarışdıran maşınların şosse yolda yuyulmasının səbəbi təəssüf ki, göstərilməyib və bu da şikayət məktubunun mahiyyətini üzə çıxarır. Beton Zavodu ətrafa "qarşısı çətinliklə alınan yanğına səbəb olası” hansı məişət tullantısı ixrac edə bilər? Üstəlik, "yaşıllıq zolağına yük maşınları ilə istifadəyə yararsız tikinti materiallarının, məişət tullantılarının, beton qalıqları və torpaq tökülməsinin”, "ərazi kortəbii şəkildə qapadılmasının” nədəni də göstərilməyib. Beton Zavodu öz ətrafındakı yaşıllığın üzərinə niyə "tikinti materialları, məişət tullantıları, beton qalıqları və torpaq” tökməlidir? Sözügedən tullantılar Beton Zavodunun təyinatına uyğun gəlmir.

Fotolarda isə yeni tikililərin yüksək gərginlikli elektrik xəttinin altında ucaldıldığı daha aydın görünür.

Məsələyə millət vəkili İqbal Ağazadənin münasibətini öyrənməyə çalışırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR