Sabiq nazirin qardaşı çörək zavodunu satır

img

14-07-2014 [16:40]


İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov rayonun İvanovka kəndində yerləşən çörək zavodunu satışa çıxarır.


Mia.az xəbər verir ki, bu barədə zavodun işçiləri "Azvision.az-a məlumat veriblər. Onların sözlərinə görə, fəaliyyətə başladığı gündən narazılıqların bitib tükənmədiyi zavodu keçmiş başçı satmaq qərarına gəlib. N.Ələkbərovun zavodu satışa çıxmasına səbəb kimi yaşanan ciddi maliyyə böhranı göstərilir.

Qeyd edək ki, bundan öncə də keçmiş icra başçısının zavodunda baş qaldıran narazılıqlar barədə mətbuatda məlumatlar yer almışdı. N.Ələkbərov açıqlamasında zavodun yeni fəaliyyətə başlaması səbəbindən gəlir gətirmədiyini və bazarda yer tutana qədər maddi problemlərin yaşana biləcəyini demişdi. 

Xatirladaq ki, Nizami Ələkbərov sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR