İki icra başçısı haqda rəsmi yoxlama başlandı - Rəsmi

img

14-07-2014 [13:25]


Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətinə ayrılmış dövlət vəsaitinin istifadəsinin auditini aparacaq. 

Məlumata görə, Hesablama Palatasının 2014-cü il iyul ayının 11-də keçirilən Kollegiya iclasında Neftçala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Masallı Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı müzakirə edilərək təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR