Novxanı çimərliyində qayıq uşağın üzünü parçaladı

img

12-07-2014 [16:58]


Novxanı çimərliyində faciənin baş verməsi təsdiqlənib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ans press-ə verilən açıqlamada hadisənin gəzinti qayığı tərəfindən törədildiyi bildirilib.

"Çimərlikdəki istirahət mərkəzlərindən birində dənizdə çimən uşaq qayıqla vurulub. Lakin qayıq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə aid olmayıb".

Uşaq təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qayığın pərləri çimərlikdə çimən oğlan uşağının üzünü parçalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR