Namiq Qaraçuxurlu şou-biznesdən gedir: “Bizneslə məşğul olacam”

img

09-07-2014 [12:22]


Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesdən getmək niyyətindədir. Lent.az-a açıqlama verən söz ustası bildirib ki, şou aləmindən uzaqlaşıb, öz biznesini quracaq: "Hazırda şou-biznes ürək açan vəziyyətdə deyil. Söz-söhbətlər, dava-qırğınlar, qeybətlər. Böyük danışmayım, amma bu aləmdə mənə yaraşmayan insanlar var. Məcburən onlarla bir qazanda qaynamalıyam. Bunu isə xarakterim bunu qəbul etmir. Bu aləmdən uzaqlaşıb nə işlə məşğul olacağımı sirr saxlayıram. Sadəcə öz biznesimi qururam. İş adamı olacam. Onu da deyim ki, şoudan uzaq olsam da, sənətdən getməyəcəm. Mahnılarımı yazacam. Yaradıcı fəaliyyətimi davam etdirəcəm. Konkret şou-biznesdən getdiyim günü elan edəndən sonra isə, televiziya proqramlarına çıxmayacam”.


Qeyd edək ki, 1978-ci il noyabrın 8-də Qaraçuxurda anadan olan ifaçılıq fəaliyyətinə 1999-ci ildə ilk kasetini çıxararaq başlayır. 2001-ci ildə isə "And içmişdik” adlı albomu və "Rəvayət” klipi ilə tanınmağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR