Sayta və Üzeyir Cəfərova qarşı təxribat olub

img

08-07-2014 [22:38]



Tia.az-a qarşı təxribat baş verib. 

Bunu Savash.org-a açıqlamasında adıçəkilən saytın rəhbəri Əlişir Əhəd söyləyib.

Onun sözlərinə görə, bu gün Tia.az-ın admin parolu kimlərsə tərəfindən sındırılıb: "Bundan sonra isə hərbi ekspert Üzeyir Cəfərovun əleyhinə yazı yerləşdirilib. Bəyan edirəm ki, bu təxribatdı və problem həll olunana qədər saytdakı yazılara görə məsuliyyət daşımırıq”.

Hazırda saytın texniki personalının problemin həlli istiqamətində çalışdığını söyləyən Əlişir Əhəd məsələnin ən yaxın zamanlarda yoluna qoyulacağına ümid etdiyini bildirdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR