06-07-2014 [22:38]
Məmur övladlarına məxsus olan dəbdəbəli evlərin, bahalı
maşınların şəkillərini tez-tez görürük. Bu adamlar sosial şəbəkələri özlərinin
ailə albomuna çeviriblər. O qədər qudurublar ki, haram yolla qazandıqları
var-dövləti sadə insanların gözünə soxmaqdan çəkinmirlər...
Vəziyyət o həddə
çatıb ki, bəzi məmur övladları istədikləri adamı özlərinin bahalı
"Ceep"lərinin təkərləri altında əzə bilirlər. Biz bir müddət əvvəl
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin rəis
müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun timsalında bunun şahidi olduq.
Vəzifəli şəxslərin övladlarının törətdikləri qanunsuz əməllərə hüquqi qiymət
verilmədiyi üçün onlar öz azğın hərəkətlərini davam etdirirlər. Cəzasızlıq
mühiti yeni cinayət hadisələrinin törədilməsinə rəvac verir.
Azərbaycan xalqı bir neçə gün əvvəl Milli Ordu Gününü qeyd etdi. Həmin gün
kişilərin əksəriyyəti hərbi xidmətdə olarkən çəkdirdikləri şəkilləri sosial
şəbəkələrdə nümayiş etdirdilər. Yaxın dostlarım, jurnalist həmkarlarım da bu
kampaniyaya qoşuldular. Amma dünənə kimi bahalı maşınlarının şəkillərini
gözümüzə soxan adamların heç biri həmin gün sosial şəbəkələrdə görünmədi.
İyunun 26-da sosial şəbəkələrdə fəallıq göstərən adamların böyük əksəriyyətinin
nəinki ortabab avtomobili, heç adi velosipedi də yoxdur.
Ortaya sual çıxır: məmur övladları Milli Orduda niyə xidmət etmirlər? Yaxud, sualı belə də qoymaq olar: məmur
övladlarını Milli Orduda kimlər əvəz edir?
"Reytinq" qəzeti bu mövzuda maraqlı bir
araşdırma aparıb. Rəsmi
instansiyaların görmək istəmədiyi ayrı-ayrı faktları yenidən ictimailəşdirməklə
bəzi məmurların yatmış vicdanını oyatmağa çalışacağıq. Qəzet yazır: "Psixi
problemi olan Nicat Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) Göygöl şöbəsindən əsgər göndərilib. Dövlət Sərhəd
Xidmətində qulluq edən 18 yaşlı bu gənc iki dəfə özünü doğrayıb. Nəticədə
ordudan tərxis olunub. Ümumilikdə, 2012-ci ildə Dövlət Sərhəd Xidmətinə düşmüş
8 əsgər geri qaytarılıb".
Mətbu orqan SHXÇDX-nin fəaliyyət(sizliy)inə işıq salan
başqa faktlar da üzə çıxarıb. Sitat:
"SHXÇDX-nin Ağsu şöbəsindən xidmətə göndərilən Pərviz Vilayət oğlu Eldarlı
psixi problemi olduğu üçün ordu sırala-rından vaxtından əvvəl buraxılıb.
Xidmətin Gədəbəy rayon şöbəsindən 2012-ci ilin iyul ayında hərbi xidmətə
aparılan Ruslan İntiqam oğlu Məsimov isə epilepsiya xəstəsi olub və tərxis
edilməsi məcburiləşib. Daha bir tərxis edilən əsgər İsmət İlham oğlu
Rəşidovdur. O, kəskin şizofreniya xəstəsi olduğu halda, çağırış zamanı
SHXÇDX-nin Ağcabədi şöbəsindən orduya göndərilib. Ümumilikdə, 2012-ci ilin
aprel və iyul ayları ərzində yüzdən artıq vərəm xəstəsi orduya
göndərilib".
İndi bildinizmi məmur övladlarının niyə əsgər
formasında şəkilləri yoxdur? Çünki
Milli Orduda onların əvəzinə şizofreniyalı, epilepsiyalı, vərəm xəstəliyindən
əziyyət çəkənlər xidmət edirlər...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"