Nadir Qafarzadəni qardaşı baltalamaq istədi

img

06-07-2014 [00:05]


"Qardaşımın psixoloji problemləri var”.

Bu sözləri ifaçı Nadir Qafarzadə ATV Maqazin proqramına müsahibə verərkən söyləyib.

O, 41 yaşlı qardaşının onu öldürmək istədiyini də bildirib: "Həkimə aparanda artıq hər şey gec idi. Qardaşım şizofreniya xəstəliyinə tutulub. O, məni öldürmək istəyir. Yanında balta belə gəzdirirmiş ki, görən kimi məni öldürsün. Mən də deyirdim ki, əgər sənə pislik eləyirəmsə, öldür məni. Məni görəndə qorxurdu. Əlindən balta da düşürdü. Məni qucaqlayıb uşaq kimi ağlayırdı. Hönkür-hönkür ağlayırdı ki, məni bu bəladan qurtar”(axar.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR