Polis rəisinin qızlarının fotosu yayıldı - FOTOLAR

img

02-07-2014 [14:32]


Müğənni Mehin və aparıcı Günel Hümbətova bacıları analarını polislərin peşə bayramı münasibətilə təbrik edib. 

"Qafqazinfo" xəbər verir ki, tanınmış aparıcı öz "Facebook" səhifəsində polis anasını bu sözlərlə təbrik edib:

"Sabahınız xeyir, dostlar. Bu gün polis işçilərinin peşə bayramıdır. Polis ailəsində doğulmuşam, atam polis vəzifəsində çalışmış və Qarabağ uğrunda olan döyüşlərdə şəhid olmuş Hümbətov Məhəddin Mədət oğlu ruhun şad olsun, anam, canım-gözüm, nəfəsim 1994-cü ildən etibarən polis əməkdaşı, polkovnik-leytnant Xatirə xanım səni və sizin timsalınızda bütün polis əməkdaşlarını təbrik edirəm! Nə yaxşı ki, sizin qızınızam!".

Bacısı Mehin isə "İnstagram” səhifəsində "Love U MOM" yazaraq anasının bayramını təbrik edib: "Daxili İşlər Nazirliyinin əməkdaşlarının peşə bayramıdır. Başda bölmə rəisi anam olmaqla bütün polis əməkdaşlarını və polis dostlarımı ürəkdən təbrik edirəm! Allah sizi qorusun! Love U MOM".

Digər xəbərlər
SON XƏBƏRLƏR