İqtisad Universitetinin rektoru yeni qurum yaratdı

img

01-07-2014 [14:07]


Azərbaycan Dövlət İqtisad Universitetində "Ağsaqqallar Şurası” yaradılıb. Modern.az xəbər verir ki, şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək göstərməkdir. Həmçinin Elmi Şura qarşısında müxtəlif profilli fəxri adların verilməsi, əməkdaşların maddi və mənəvi stimullaşdırılması ilə bağlı vəsadət qaldıra bilər.

Şuraya universitetin inkişafına önəmli töhfələr vermiş, tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, 65 və daha yuxarı yaşı olan nüfuzlu əməkdaşların cəlb edilməsi nəzərdə tutulur. Şuranın tərkibi 15 nəfərdən çox olmamaq şərti ilə rektor tərəfindən müəyyən olunur. Sədr, sədrin müavinləri və katib Ağsaqqallar Şurasının ümumi iclasında səs çoxluğu ilə iki il müddətinə seçilir. Şuranın ilk iclası sentyabr ayında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR