İcra Hakimiyyətində başçıyla qadın əlbəyaxa olub?! - Nazirin qohumu ilə bağlı şok iddia

img

19-06-2014 [18:27]


Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə bağlı daha bir şok iddia ortaya çıxıb. Belə ki, azerinews.tv-nin yaydığı məlumatda iddia olunur ki, bu günlərdə icra başçısının qəbuluna gələn xanımla Ənvər Seyidəliyev arasında əsl əlbəyaxa yaşanıb. Buna səbəb isə  icra başçısının həmin gənc və yaraşıqlı xanıma etikadan kənar təklif etməsi olub.

Mia.az Savash.org-a istinadən xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri İlham Nəzərov bir halın baş vermədiyini deyib: "Bizdə qəbullar ümumi şəkildə həyata keçirilir və kiminsə icra başçısının qəbuluna tək girməsi mümkün deyil. Haqqında bəhs etdiyiniz məsələ isə ümumiyyətlə baş verməyib”.

Xatırladaq ki, Ənvər Seyidəliyev nazir Səlim Müslümovun çox yaxın qohumudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR