Cennifer Lopes əsl kişi axtarır - FOTOlar

img

12-06-2014 [12:53]


Məşhur müğənni və aktrisa Cennifer Lopes yeni sevgili, həyatını birgə yaşayacağı adam aradığını deyib. 44 yaşlı "Cey Lo"nun sözlərinə görə, ona ciddi insan gərəkdir.
"Birgə yaşayacağım, etibar edəcəyim kişiyə ehtiyacım var. Bu adam mənimçün oyuncaq oğlan olmamalı, problemləri təkbaşına həll etmək iqtidarında qətiyyətli, iradəli və mətin, əsl kişi olmalıdır", - C.Lopes söyləyib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, indi "I Luh Ya Papi" sinqlinin promouşeni ilə məşğul olan müğənni aylardan bəri birlikdə olduğu məşuqu, 27 yaşlı rəqqasKasper Smartla münasibətləri kəsib.
People-ın məlumatına görə, səbəb Kasperin iki transseksualla əlaqədə olması və medianın da bundan xəbər tutmasıdır.
MaksEmeadlı 6 yaşlı əkizlərin anası Cennifer Lopes indi Braziliyadadır. O, axşam futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimindəPitbulla birlikdə mahnı ifa edəcək.
İyul ayında 45 yaşı tamam olacaq Cennifer Lopesi son dəfə Kasper Smartla birlikdə mayın 21-də Qərbi Hollivuddakı restoranda görmüşdülər.
1997-ci ildə ilk əriSmi Ojanei Noadan boşanandan sonra Cennifer Lopesin sevgililəri arasında aktyorBen Afflek, reperPaff Dəddi, rəqqas və xoreoqrafKris Caddda vardı. "Cey Lo" müğənniMark Entonidən 2013-cü ilin iyun ayında boşanmışdı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


Digər xəbərlər
SON XƏBƏRLƏR