Supermodel indi də ABŞ-da fotosessiya etdi - FOTOLAR

img

12-06-2014 [11:46]


Gözqamaşdırıcı gözəlliyə sahib olan İrina Şeyk Nyu-Yorkda təşkil edilən fotosessiyada iştirak edib.

ANS PRESS-in məlumatına görə, Rusiyalı supermodel İrina Şeyk Manhettendə Nokia şirkətinin videoçarxında çəkilib.

Ronaldonun sevgilisi burada həmçinin geyim kataloqu üçün poza verib. Mobil markanın reklamı üçün 28 yaşlı gözəl qızılgüllərlə zəngin qırmızı donda olub. Paltarın Şeykə böyük olmasından stilistlər onun kürəyində sancaqlarıyla sancaqlayıblar.

Çəkiliş zamanı İrina bir neçə dəfə paltarını dəyişməli olub. O, qısaldılmış ağ şalvarla, Şotlandiya qəfəsli jemperlə və qırmızı qayıqlarla bəzədilən paltarlarla fotosessiyanı davam etdirib.

Qeyd edək ki, bir müddət əvvəl İrina Şeyk və Kriştiano Ronaldo Nyu-Yorkda paparassi televiziya kameralarının obyektivlərinə birlikdə tuş gəlmişdi. Cütluyun boksa baxdığı zaman İrina Şeyk yuxulamışdı.






























Digər xəbərlər
SON XƏBƏRLƏR