11-06-2014 [22:51]
Rusiyanın Krımı ilhaq etməsinə, Ukraynanın Şərq və Cənub vilayətlərini Kiyevin nəzarətindən çıxarıb, münaqişəli bölgəyə çevirmək cəhdlərinə Qərbin qəti mövqedən çıxış edə bilməməsi sərt tənqidlərə məruz qaldığı kimi, Putinin Kolvil-syür-Merdəki yubiley tədbirinə dəvət edilməsi də birmənalı qarşılanmadı. Putinin yubiley tədbirlərinin keçirildiyi Kolvil-syür-Merdə görünməsi Qərbin ünvavına sərt tənqid-lərə səbəb oldu. Qərbi öz dəyərlərini qoruya bilməməkdə, Rusiya prezidentinin Avropada sərhədləri yenidən çəkməyə çalışmasına qarşı effektli mübarizə aparmamaqda suçladılar.
Normandiya hadisəsi Rusiya ilə Qərbin münasibətlərində bəlkə də yeganə müttəfiqlik nümunəsidir. Bu, onun təntənəli tədbirlərində də sezildi.
Müttəfiqlərin Normandiyaya ordu yeritməsinin yubiley tədbirləri ikinci dünya müharibəsindən dərhal sonra iki rəqib düşərgənin qarşıdurması atmosferində keçib. Həmin tədbirlərdə Moskvanın təmsilçilərinə münasibət həmişə ikili standartlar çərçivəsində olub. Normandiyada Moskvanı təmsil edən şəxsə Qərb həmişə faşizmə qarşı mübarizədə müttəfiq, soyuq müharibə dövründə düşmən və gələcək zamanda kimliyi məlum olmayan qonaq kimi baxıb.
Arzuolunmaz qonaq
Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın ərazi bütövlüyünü şübhə altına almasından sonra Qərbin Şimal qonşumuzla münasibətləri daha da kəskinləşdi. Krımın ilhaqı ilə bağlı Rusiya rəsmilərinə sank-siyaların tətbiqindən sonra prezident Putinin yubiley tədbirlərinə dəvət edilib-edilməməsi də müzakirə mövzusuna çevrildi.
Rusiyanın "böyük səkkizlik"dən çıxarılması, Rusiya rəsmilərinə sanksiyaların tətbiq olunduğu günlərdə Putinin yubiley tədbirlərinə dəvət edilməsi mümkünsüz kimi görünsə də, ev sahibi Fransa, Kreml sahi-bini Kolvil-syür-Merdə görmək istədiyini bildirməklə, Qərbin vahid mövqedən çıxışını mümkünsüz etdi.
Fransanın Putini yubiley tədbirlərində görmək niyyətinin qətiliyi Avropanın digər aparıcı ölkələrini də Parisin fikiri ilə hesablaşmaq məcburiyyətində qoydu. Avropanın belə təslimçi mövqeyini Putinin anti--Qərb bəyanatları da dəyişə bilmədi. Buna görə də Rusiya prezidenti 20 ölkənin dövlət və hökumət baş-çısı ilə birlikdə müttəfqilərin Normandiyadan ordu çıxarılmasının 70 illik yubileyinə qatıldı.
Avropanın təslimçi mövqeyi nəticəsində Putinin Kolvil-syür-Merdəki təntənəli yubiley tədbirlərinə qa-tılmasına baxmayaraq, Rusiya prezidentinin arzuolunmaz qonaq olduğu da aydın göründü. ABŞ prezi-denti Barak Obamanın Rusiya prezidenti ilə görüşməməsi də bunu sübut edir. Kolvil-syür-Merdəki yu-biley tədbirlərində ev sahibi, Fransa prezidenti Fransua Ollandın Rusiya prezidenti ilə təkbətək görüş-məsi də Putinin arzuolunmaz qonaq statusunu dəyişə bilmədi. Hətta Putinin İngiltərənin Baş naziri De-vid Kemeron və Almaniyanın kansleri Angela Merkellə də təkbətək görüşməsi Kreml sahibinin Kolvil-s-yür-Merdəki statusunu dəyişmədi.
Kolvil-syür-Merin Fransa torpağı olmasına baxmayaraq, Avropanın Hitler Almaniyasının işğalından azad edilməsi prosesinin əsasının Normandiyaya müttəfiqlərin ordu çıxarması ilə qoyulmasını və bu ordunun əsas hissəsini ABŞ əsgərlərinin təşkil etməsini nəzərə alsaq, ev sahibinin Olland deyil, Obama olduğunu söyləmək mümkündür. Buna görə də, Putinin Fransa prezidenti Olland, İngiltərənin Baş naziri Kemeron və Almaniyanın kansleri Merkellə görüşməsinə baxmayaraq, ABŞ prezidenti Obama ilə görüşməməsi Rusiya prezidentinin Kolvil-syür-Merdə 20 ölkənin hökumət və dövlət başçısının iştirakı ilə təşkil olunan yubiley tədbirlərində arzuolunmaz qonaq olduğunu təsdiqləyir.
Rusiyaya son şans
Rusiya prezidenti Vladimir Putinin Kolvil-syür-Merdəki yubiley tədbirlərinə dəvət olunması Qərbdə cid-di tənqidlərə məruz qalsa da, Kreml sahibinin bu tədbirlərə dəvət edilməsinin tərəfdarları var. Onlar Ukraynanın Şərq və Cənub vilayətlərində yaranmış gərgin vəziyyətin Moskvanın iştirakı olmadan həll edilə bilməyəcəyini, buna görə Putinlə əməkdaşlığın qaçılmaz olmasını qeyd edirlər. Bəziləri isə Putinin Kolvil-syür-Merdəki yubiley tədbirlərinə dəvət olunmasını üzbə-üz danışıqlar üçün əla imkan kimi qiymətləndirirdilər. Görünür, ABŞ-ın Avropadakı əsas müttəfiqi hesab olunan İngiltərənin Baş naziri Devid Kemeronun Putinlə görüşü də bu qəbildən qiymətləndirilməlidir.
D.Kemeronun V.Putinlə görüşünün mətbuat qarşısında salamlaşma mərasimi olmadan baş tutması, İngilətərə hökumətindəki mənbənin Baş nazirin Rusiya prezidenti ilə görüşü zamanı çox aydın mesaj verdiyi haqqında mətbuata açıqlaması da yuxarıdakı fikirləri təsdiqləyir. Belə görünür ki, Kolvil-syür-Mer-dəki yubiley tdəbirlərindən istifadə edərək, Qərb liderləri Rusiya prezidentinə Ukrayna ilə bağlı birbaşa mesaj vermək üçün sonuncu dəfə üzbə-üz görüşmək imkanı kimi qiymətləndiriblər.
Bəzi ekspertlərin fikrincə, Rusiya prezidentinin Kolvil-syür-Merdəki yubiley tədbirlərinə dəvəti ləğv edilsəydi, Putin buna paranok reaksiya verə bilərdi. Şərhçilərin fikrincə, Rusiya prezidentinin bu dəvət və görüşlərdən ölkəsi daxilində təbliğati məqsədlər üçün istifadə etməsi gözlənilsə də, Putinlə danışıq-lar aparmaq xeyir verməsə də, ən azından zərər də verməyəcək.
Qərb liderlərinin Rusiyanı nələrin gözləməsi ilə bağlı prezident Putinə birbaşa mesaj vermələri isə işin ancaq xeyrinə ola bilər. Qərb liderləri də Kolvil-syür-Merdəki yubiley tədbirlərdə Putinin iştirakından is-tifadə edib, onunla görüşərək, birbaşa mesajlarını veriblər. Qərb liderləri və onların təmsil etdikləri hö-kumətin mətbuata verdiyi açıqlamalardan bəlli olur ki, Moskvaya çox aydın mesaj verilib. Bu mesaj on-dan ibarətdir ki, Qərb Rusiya prezidentinə Ukraynaya yönəlik siyasətində dəyişiklik etmək üçün bir ay vaxt verib. Əgər bir ay ərzində Qərb Moskvanın Ukraynaya yönəlik siyasətində müsbət dəyişiklikər görməsə, Rusiyaya qarşı sərt sanksiyalar işə düşəcək.
Doğrudur, Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrini əhatə edəcək sanksiyalara Avropada birmənalı münasibət yoxdur. Bəzi Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyaların onlar üçün problem yaradaca-ğından ehtiyat edirlər. Lakin ABŞ getdikcə mövqeyini sərtləşdirir və Avropanı öz dəyərlərini qorumaq üçün itkilərə hazır olmağa çağırır. Belə görünür ki, Kolvil-syür-Merdə Putinə verilən bir ay son müddət olacaq. Bundan sonra Qərb, Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrini hədəfə alan sanksiyalara əl ata bilər. Proseslərin belə ssenari üzrə inkişaf edəcəyi ehtimalı çox böyükdür. Çünki Ukraynanın Şərq və Cənub vilayətlərində Moskvanın təhrikçiliyi ilə başlayan separatçı çıxışlar qanlı döyüşlərlə əvəzlənib. Ancaq bu da son deyil.
Ukraynanın Şərq və Cənub vilayətlərinin qanlı müharibə meydanına çevrilmə ehtimalı çox böyükdür. Bu isə bütövlükdə Avropa qitəsinin təhlükəsizliyini təhdid edir. Buna görə də, böyük ehtimalla Moskvanın Ukraynaya yönəlik siyasətində ciddi dəyişikliklər baş verməsə, Avropanın ABŞ-ın ardınca getməkdən başqa yolu qalmayacaq. "Böyük yeddilər"in Brüsseldə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı razılıq əldə etməsi də Moskvanı nələrin gözlədiyini ehtimal etməyə imkan verir.
Kolvil-syür-Merdə Fransa prezidenti Ollandın, İngiltərənin Baş naziri Kemeronun və Almaniya kansleri Merkelin Rusiya prezidenti ilə görüşündə də ona bununla bağlı çox aydın mesaj verilib. Belə görünür ki, bu, hətta Rusiya prezidenti Putinin Avropaya və ümumiyyətlə, Qərbə son dəvəti ola bilər. Buna görə də əksər ekspertlər Rusiyanın bu şansdan istifadə etməli olduğuna diqqət çəkirlər. Ancaq Rusiyanın Qərbin verdiyi mesajdan lazımı nəticə çıxaracağına da ümid çox deyil.
Məlum olduğu kimi, Rusiya rəhbərliyi "hərbi-vətənpərvəlik azarı"na yoluxub. Rusiya rəhbərliyinin müzakirələrlə bu mövqedən geri çəkiləcəyi mümkünsüzdür. Buna görə də Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sərt sanksiyaların tətbiqini təklif edən ABŞ-ın mövqeyinin sonda bütün Qərb dövlətləri tərəfindən qəbul olunacağını ehtimal etmək olar. Bu sanksiyaların tətbiqindən sonra Şimal qonşumuzu nələrin gözlədiyinə növbəti yazıların birində aydınlıq gətirməyə çalışacağıq.
Azərbaycanın bu prosesi yaxından və diqqətlə izləməli olduğunu düşündüyümüzdən, Ukrayna ətrafın-da baş verən proseslərə daha çox yer ayırmağımızı, hörmətli oxucularımızın da anlayışla qarşılayacağına ümid edirik. Çünki bu gün Ukraynanın deyil, ölkəmizin də aid olduğu bütün postsovet məkanının taleyi həll olunur.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı