İnkişafın qısa yolu

11-06-2014 [22:19]

Əhməd bəy Ağaoğlu xatirələrində doğma şəhərdən ayrılmasının bir məqamına toxunmuşdu. Anası onun Rusiyaya yollanmasına heç vaxt xaçpərəst qızı ilə evlənməyəcəyi barəsində bərk-bərk and içdi-rəndən sonra razılıq vermişdi.

Əhməd bəy Ağaoğlu yazır: "Məni yola salmaq üçün qadınlı-kişili çoxlu qohum-əqrəba gəlmişdi. Fayto-nun yanında hər kəslə vidalaşdım. Anama növbə çatanda məni bir kənara çağırdı, çarşabını yana çəkdi, köynəyinin yaxasını açıb döşlərinin ikisini də çıxardı. Başımı döşlərinin arasına alıb göz yaşları içərisində mənə pıçıldadı: "Oğlum, get. Allah köməyin olsun. Amma mənə and iç. De ki, əgər xaçpərəst qızı ilə evlənsəm, bu döşlərdən əmdiyim süd mənə haram olsun".
Anam yavaş səslə "Tez ol, oğlum. Bizi gözləyirlər. And iç!" - dedi.
"And içirəm".
"Yox, dediyim kimi and iç!"
Dediklərini sözbəsöz təkrar etdim. Anam son kərə alnımdan öpdü. Yaxasını və çarşabını bağladı. Fayto-na yaxınlaşdıq".
Bu cümlələri oxuyarkən bir sual ortaya çıxır: ay ana, ay qadın, oğlunun xaçpərəst qızla evlənmə ehtimalı niyə səni bu qədər ciddi narahat etməlidi? Başqa bir işin-gücün, dərdin-sərin, problemin yoxdu? Düzdü, dövrü nəzərə almaq lazımdı.
İsa Hüseynovun təbirincə desəm, zaman o zaman idi ki, cəhalət hər addımda öz sözünü deyirdi. Cəhalət valideynlərə övladlarını məktəbə göndərməyə imkan vermirdi. Cəhalət tərəfdarları deyirdilər: "Uşaqlarınızı məktəbə göndərməyin, orda onlara donuz əti yedizdirib kafir edəcəklər".
Bir faktı burda tirajlasaq, vəziyyət xeyli aydın olar. Əhməd Dövlətoğlu adlı maarifpərvərin bir kənd sakininin mülkündə kirayəyə götürülmüş bir otaqda açmış olduğu qiraətxana kənddə qarışıqlığa səbəb ol-duğundan çox keçmir ki, qiraətxana bağlanır. Qarışıqlığa səbəb isə kənd camaatının məhəllə mollasına qiraətxanaya gedib oradakı qəzetləri oxumağın şəriətə uyğun olub-olmamasına dair sualına mollanın verdiyi cavab olur. Cavabında molla demişdir ki, qəzet oxumağın yerinə qəza namazını qılın, qiraət öyrənin, şəriətlə biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan şəxs heç bir başqa əcnəbi yazı-pozu ilə tanış olmamalıdır. Əgər olarsa, o kafirdir. (daha ətrafli baxa bilərsinizəhttp://kultura.az/)
Belə faktlar çoxdur. Onlarla bu kimi faktlar var.
Mirzə Cəlilin Molla adında bir yazısı var. Həmin yazıda Mirzə Cəlil yazır ki, kənddə müsəlman qızların er-məni qızları kimi məktəbə getdiyini görəndə mat qaldım. Bunun səbəbini öyrəndikdə məlum oldu ki, həmin kəndə molla yox imiş.
O vaxtlar çox güman,əaz adam öz xoşuna övladını xaricə oxumağa göndərərdi. Sadəcə, ucqarlardaəyerli məmurlara bir az ehtiyac vardı. Məhz bu şirnikləndirici perspektiv bəzi insanları vadar edirdi ki, öz övla-dını Rusiyaya, xaricə oxumağa göndərsinlər. Yoxsa, kim təhsilə, elmə pul xərcləyərdi. Onlar da gedib oxuyurdular, mədəniyyətlə, tərəqqiylə tanış olurdular, elmin, kitabın kücünü görürdülər, təfəkkürləri dəyişirdi. Bir çoxlari qazandıqları savadı ancaq öz şəxsi maraqlarına sərf edirdi, bəziləri isə millətin necə aciz, bədbəxt gündə olduğunu, nə qədər geridə qaldığını anlayaraq ölkəyə qayıtdıqda maarifçiliklə məş-ğul olurdular. Analar, vəziyyət başqa millətlərdən qız almağa icazə vermirdi. Müsəlman qızlarının arasın-da isə oxumuş qızlara çox nadir hallarda rast gəlinirdi. Bədbəxtlər evlənəyə savadlı arvad tapa bilmirdi-lər.
Bəs bu gün valideynlər nə səbəbə övladlarını xaricə oxumağa göndərirlər? O vaxtkı vəziyyət bu gün aşığı-yuxarı təkrarlanır. Hansısa bir şirkətdə, tutaq ki SOCAR-da işləmək perspektivi olmasa, yəqin çox az valideyin öz övladının xaricdə təhsil almasına pul xərcləyər. Bir çoxları xaricdə aldığı təhsillə hakimiyyətin keşiyində dayanır, bəziləri isə qazandıqları biliyi ölkənin azad olunmasına, xalqın inkişafına sərf edir.
Qayıdaq mövzumuza. Bir qohumum vardı. Əsgərliyə gedəndə rus dilində beş kəlmə bilmirdi. Hərbi xidməti başa vurub Rusiyada zavodların birində işə düzəldi. Həm də oxudu. Bir müddətdən sonra böyük bir sexin rəisi oldu. Nə başınızı ağrıdım, bu qohumumun anası dinc dayanmadı. Gündə bir teleqramma vurdular ki, filankəs ölüm ayağındadı, filankəs xəstədi, filankəs çayda batıb, filankəs ağacdan yıxılıb.
Min oyundan, min hoqqadan çıxıb, axırda o bədbəxti qaytardılar geri. Daha sonra bir qızla evləndirib, onu ömürlük bədbəxt etdilər.
Bu kimi faktlar minlərlədi. Aşağı-yuxarı çoxusunda eyni süjetdi. Sovet dövründə digər respublikalarda yerləşmək, iş tapmaq, evlənmək, ev almaq xeyli asan idi. Analar imkan vermirdi oğullar öz həyatlarını qurub, öz həyatlarını yaşasınlar. Min əməl edib, min hoqqa çıxarıb onları geri qaytarırdılar. Şantaj edirdilər. Özlərini xəstəliyə vururdular. Bəzən yalandan ölürdülər. Bu kimi hoqqalar çıxarıb, artistliklər edib, nə qədər adamı geri qaytardılar. Halbuki o qayıdan adamlar öz yerlərində qalsaydılar, müxtəlif respubli-kalarda nə qədər hərbçi, fərqli sahələrə aid mütəxəssislər, pullu, vəzifəli, mövqeli adamlar yetişə bilər-di.
Bəs yaxşı, bizim analar niyə, nə səbəbə öz oğlanlarının başqa millətdən qız almasına qarşı çıxırlar? Səbəb aydındı. Onlar heç də öz oğlanlarını düşünmürlər. Özlərini düşünürlər. Belə analar "dedovşina" arzusun-dadı, intellekti yoxdu. Onlar həyatda qazana biləcəkləri yeganə statusu, qaynana statusunu itirmək istəmirlər. Onlar ona görə oğul böyüdürlər, toy edirlər ki, evə gətirdiyi gəlinə hökmranlıq etsin. Onu incidiblər, indi də o başqasını incitmək, başqasına hökm vermək, başqasının işinə burun soxmaq, başqaları-nın həyatını zəhərləməkəistəyir.
Əsgərlikdə olanlar bilirlər. Hərbi xidmətin əvvəlində çox əziyyət çəkənlər hərbi xidmətin sonunda ən qəddar adama çevrilirlər. Daha düşünmürlər ki, əgər məni incidiblərsə, heç olmasa, mən başqasını incit-məyim.
Azərbaycan anası bilir ki, əgər oğlu başqa millətdən evlənsə, qaynana statusunu tam mənimsəyə bilməyəcək. Onun zəhərli açarı başqa millətin kilidinə girməyəcək. Onun qeybətləri üçün münbit şərait yaranmayacaq. Özü danışıb, özü eşidəcək. Dəməli, döyüş meydanına, daha doğrusu, evə, ocağaəöz səviyyəsinə uyğun adam gətirməlidi.
Bizim qızlar gedib analara minnətdar olmalıdırlar. O mənada ki, analar öz övladlarını yerli məhsulları almağa məcbur edir. Bu gün də bu proses davam etməkdədi. Gənclər ailənin təzyiqindən qorxaraq, iqti-sadi sanksiyalardan çəkinərək, başqa millətdən sevdikləri qızlardan imtina edirlər. Bununla da böyük bir səhvə yol verirlər. Ata, ana bu gün-sabah ölüb gedəcək, onlar isə öz həyatlarının üstündən birdəfəlik xətt çəkirlər. Əgər valideyn öz övladının sevgisinə, seçiminə hörmət etmirsə, bəs övlad niyə öz atasına və anasına hörmət etməlidi? Uzaqbaşı deyəcəklər ki, südüm sənə haram olsun. Olsun. O südü inək də, keçi də balasına verir. Süddən başqa nə veriblər?
İbtidai cəmiyyətlərdə anaların öz övladlarına verdiklərini şüursuz canlılar da öz balalarına verirlər. Onlar da öz balalarına süd verirlər, onları istidən və soyuqdan, düşünməndən qoruyurlar. Elə isə şüurlu canlıyla şüursuz canlıların, daha dəqiqi, insanla heyvan arasında fərq nədədi? Bəs tərbiyə, bəs təhsil, bəs dav-ranış qaydaları? Bəs bunları kim öz övladına öyrətməlidir?
Narahat olmayın,əəgər siz yerli məhsulları almasanız, onsuz da onları heç kim almayacaq. Alsa da ya iranlı alacaq, ya da turanlı. Çünki yerli məhsullar intellektli övlad böyütmək iqtidarında deyil. Ağlı başında olan adam öz övladının təlim və tərbiyəsini yerli məhsullara etibar etməz. Onların mənəvi dünyası yox-du. Onları qızıldan və parıltıdan savayı heç nə marqlandırmır. Qayınanalar gəlinlərin, gəlinlər də qayına-naların tayıdır. Yaxşı tapışıblar. Zatən səviyyəli adam səviyyəsiz adama baş qoşmaz. Məşhur bir filosofun dediyi kimi: "Əgər küçədə bir it üstümə hürürsə, mən itə hürərək cavab qaytarmaq məcburiyyətində deyiləm". Kişi deyilən məxluq qalır bu iki adamın arasında. Biri anadı, biri də arvad. Bu iki məxluqat öz səviyyəsiz ədavətləri, səviyyəsiz söz-söhbətləri ilə neçə-neçə adamların həyatını məhv edib. Kişi bəd-bəxt qalır dilemma qarşısında. Kimdən imtina etsin? Arvaddan imtina etsə, ailə dağılcaq. Anadan imtina etsə, el-oba, kənd-kəsək, məhəllə, qohum-əqraba bir ağızdan xorla deyəcək ki, filankəs bir arvada görə anasından imtina etdi. Onsuz da bizim adamlar boş-bekardı. Söz-söhbət üçün gündüz əldə çıraq mövzu axtarırlar. Bəs nə etməli? Heç nə, qorxmadan, çəkinmədən, ata-ana kultunu sındıraraq, daha səviyyəli xalqların nümayəndələri ilə ailə qurmaq lazımdı. Bizim qadınlar öz səviyyələrini qaldırmaq istəmirlər. Onlar kitab görəndə elə bil qutuda ilan görürlər. Onların mənəvi dünyası kasaddır. İntellektdən isə söhbət gedə bilməz. Bəs o zaman bu cür kasad qadınlar necə övlad tərbiyə edə bilər? Zatən bir uşaq doğandanəsonra onlar daha da rahatlaşırlar. Çünkiəartıq zəmanət əldə edirlər. Uşağı əldə bayraq edib öz səviyyəsizliklərinin sərhədlərini daha da genişləndirirlər.
Fürsətdən istifadə edib bir daha gənc dostlarıma səslənirəm. Bu məsləhəti qardaş qardaşa verməz. Yerli məhsullarla ailə qurmayın. Qurmayın. Qurmayın. Duyduq, duymadıq deməyin, yerli məhsullarla ai-lə qurmayın. Ümumiyyətlə, iranlıdan, turanlıdan, şərq xalqlarından uzaq durun. Yazıqsınız, özünüz öz əlinizlə həyatınızı zəhərə çevirməyin. Dünya doludu gözəl qızlarla. Yaxşı olar ki, bizim xalqdan daha inki-şaf etmiş xalqların nümayəndələri ilə ailə qurasınız. Bu zaman həm övladınızın təlim-tərbiyəsi baxımından rahat olarsınız, həm də öz səviyyənizi qaldırarsınız. İnsan həyatında bir dəfə səviyyəsiz adama baş qoşdusa, uzun illər bunun acısını çəkir. Bu haqda onlarla roman oxumuşam. Nə qədər adamın həyatı gözümün qarşısında məhv olub. Yerli məhsullar heç vaxt özünü ərinin səviyyəsinə qaldırmır, həmişə çalışır ki, əri onun səviyyəsinə ensin. O ərinin intellekti, savadı, istedadı ilə fəxr edə bilmir. Tam tərsinə, bu istedadı söndürmək üçün əlindən gələni edir. Ən nəhayət, ən cındır və şərəfsiz admları ərinə nümunə göstərir. İndi bir-iki dırnaqarasi qlamurkalar, günəşin çıxmasından pozitiv enerji alanlar, portağal şirəsi içib həyat haqqında şən fikirlər yürüdənlər ortaya çıxıb deyəcək ki, elə deyil, belədi. Mən elə, mən belə, məncə insan... məncə ailə... məncə hər kəs bir-birini başa düşməlidi zad... Bu söhbətlərə aldanma-yın. Onlar danışanda özləri haqqında danışmırlar. Onlar öz arzularını danışırlar. O arzular ki, heç vaxt həyata keçməyəcək. Çünki o arzuların həyata keçməsi üçün ortada heç bir zəmin yoxdur. Yox, əgər belə özündənrazı, özünə arxayın olan qızlarəvarsa, o zaman qoy onlar da başqa, daha inkişaf etmiş millətin nümayəndələrinə ərə getsinler. Beləliklə,əhər kəs birtəhər canını qurtarsın.
Əgər nə vaxtsa kimsə bu ölkədə mədəniyyət sahəsində radikal islahatlar keçirmək istəsə, həmin adam ilk növbədə inkişaf etmiş xalqların qızlarından iki yüz min, üç yüz min ölkəyə gətirib bizim millətin oğlan-ları ilə ailə qurmalarına şərait yaratmalıdı. Belə ailələrə dövlət tərəfindən ev, təqaüd verilməlidi. Bu ailə-lərdə doğulan uşaqlar xüsusi məktəblərdə oxumalıdırlar.



SON XƏBƏRLƏR