Məşhur tennisçidən seksual fotosessiya - FOTOLAR

img

09-06-2014 [16:26]


İkinci dəfə "Rolan Qaros" turnirinin qalibi olan rusiyalı tennis ustası Mariya Şarapova kubokun təqdietmə mərasimində fotosessiya edib. 

ANS PRESS-in məlumatına görə, Şarapova fotosessiyanı kubokla birlikdə Eyfel qülləsinin qarşısında edib.

Xatırladaq ki, rus tennisçi Mariya Şarapova rumıniyalı Simona Halep üzərində qələbə çalaraq 6:4, 6:7 (5:7), 6:4, ikinci dəfə "Rolan Qaros" turnirinin qalibi olub.

Rəqiblərin kort üzərində mübarizəsi 3 saatdan çox davam edib. Qeyd edək, bu Simona Halepin "Rolan Qaros" turnirinin final mərhələsində ilk çıxışı olub.

Mariya Şarapova "Rolan Qaros" turnirində ilk qalibiyyətini 2012-ci ildə qazanıb, ötən il isə amerikalı Serena Uilyamsa məğlub olub.

Qeyd edək ki, bu rusiyalı tennisçinin "Böyük Dəbilqə" turnirlərində sayca 5-ci qələbəsidir.




















Digər xəbərlər
SON XƏBƏRLƏR