Putin Avropa və Ukraynanı təhdid etdi

img

08-06-2014 [00:02]


"Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacağı təqdirdə biz öz iqtisadiyyatımızı müdafiə etmək üçün addımlar atacağıq. Mən bununla bağlı Böyük Britaniya, Fransa və Almaniyaya xəbərdarlıq etmişəm”. 

Modern.az saytı xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, müaqavilə imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra Moskva müdafiə tədbirlərinə əl atacaq.   

Putin Kiyevi çətin günlər gözlədiyini vurğulayıb. "Hazırda MDB ölkələrinin azad ticarət zonası çərçivəsində Rusiya ilə Ukrayna arasında gömrük tarifləri sıfır həddinddir. Avropa İttifaqı ilə saziş isə Ukraynaya digər iqtisadi sazişlərdə iştuirak etməyə imkan vermir”. 

Putinin sözlərinə görə, asossiativ saziş Ukrayna bazarlarını Avropa malları üçün açacaq. 

"Bütün Avropa malları tranzit yolla bizim gömrük ərazimizə daxil olacaq. Biz buna yol verə bilmərik. Avropa ilə belə danışmamışdıq. Biz hansısa sanksiyalara əl atmağa məcbur olacağıq. Hesab edirəm ki, Ukrayna üçün ağır sınaq olacaq”. 

Rusiya prezdenti bildirib ki, belə oaln halda çətin ki, Ukraynaın məhsulları rus bazarında rəqabətə davamlı olsun.


Digər xəbərlər
SON XƏBƏRLƏR