Postsovet məkanında böyük geosiyasi oyunlar

02-06-2014 [00:18]

Ötən ay, postsovet məkanının gələcək geosiyasi vəziyyətini müəyyən edən iki hadisə ilə tarixə düşdü.

Bunlardan biri Ukraynada prezident seçkisinin keçirilməsi və bu seçkidə Qərbyönümlü Petr Poroşenko-nun qələbə qazanması idisə, digəri mayın 25-də Astana şəhərində Qazaxıstan, Rusiya və Belarus prezi-dentlərinin Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalaması oldu.
Hər iki hadisə bütün postsovet məkanında baş verən siyasi proseslərə təsir edəcək.
Bu iki hadisəyə marağı artıran məqam, onların faktiki olaraq, bir-biri ilə ziddiyyət təşkil etməsidir.
Məsələ ondan ibarətdir ki, Ukraynadakı prezident seçkisi bir ölkənin dövlət başçısının müəyyən edilmə-sidən daha çox postsovet məkanının ikinci ən böyük ölkəsinin strateji seçimi kimi dəyərləndirilir və ha-disə mahiyyətcə Astanada baş verən hadisənin tam ziddinədir.

Ukrayna Avropa dövlətinə çevrilir

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin istefasına gətirib çıxaran xalq etirazları rəsmi Kiyevin Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan imtina etməsinin nəticəsi idi. Təbii ki, belə ol-duqda, yeni hakimiyyətin Qərbyönümlü siyasi kurs seçəcəyi gözlənilən idi. Yanukoviçin istefası əslində, Ukraynada postsovet dövrünün başa çatdığı tarixdir. Eyni zamanda, Yanukoviçin istefası ilə Ukraynada müasir Avropa dövlətinin quruculuğu başlayır ki, prezident seçkisi kampaniyası da bunu bir daha təsdiq-ləyir.
Bir çox ekspertlər Ukraynadakı prezident seçkisi ilə bağlı diqqəti daha çox seçkinin qalibi Petr Poroşen-konun üzərinə çəksə də, fikrimcə, bu seçki daha ciddi məqamları ilə tarixə düşdü. Mayın 25-də sona ça-tan seçkinin əsas məqamları çox olsa da, onlardan ən əsas saydığım üç məqamı qeyd etmək istərdim.
Birincisi, bu seçki Ukraynanın tarixində ilk seçkidir ki, prezident birinci mərhələdə seçildi. Bu isə Ukrayna cəmiyyətinin bütövləşməsini göstərir.
Bundan əvvəl seçkilərin birinci mərhələsində ölkənin Qərb və Mərkəzi vilayətləri bir namizədə, Cənub və Şərq vilayətləri isə başqa namizədə səs verirdi. Beləliklə, mübarizə əsasən ölkənin iki hissəsi arasında gedirdi. Ancaq bu dəfə tamamilə fərqli mənzərə yarandı və Poroşenkonu bütün Ukraynanın təmsilçisi hesab etmək olar.
Bu seçkilərdə diqqətə layiq məqamlardan biri də faktiki olaraq, bütün hakimiyyətin bir partiyanın - "Bat-kivşina" Ümumukrayna Birliyi Partiyasının əlində olmasına baxmayaraq, seçkini bu siyasi təşkilatın lideri Yuliya Timoşenkonun deyil, bitərəf deputat və biznesmen Petr Poroşenkonun qazanması idi. Ukrayna bununla postsovet ölkələrinə məxsus seçki təcrübəsindən tam imtina etdiyini göstərdi.
Ukraynadakı prezident seçkilərinin diqqət çəkən digər önəmli məqamlarından biri də, səsvermə günü yaşananlar idi. Səsvermə günü prezidentin səlahiyyətlərini icra edən parlamentin sədri Aleksandr Turçi-nov, baş nazir Arseniy Yatsenyuk daxil olmaqla, iqtidar təmsilçilərinin və siyasi liderlərin seçki məntəqə-sində növbə gözləmələri, sıravi vətəndaşlarla eyni qaydada səs verməsi idi. Müşahidəçilər prezident səlahiyyətlərini icra edən Turçinovun 40 dəqiqə növbə gözlədiyini qeydə alıblar.
Seçki məntəqəsinə həyat yoldaşı və qardaşı ilə birlikdə gələn UDAR Partiyasının lideri Vitali Kliçko isə səs vermək üçün bir saat növbə gözləyib.
Etiraf etmək lazımdır ki, bu, postsovet məkanının seçki təcrübəsində indiyə qədər rast gələ bilmədiyimiz məqamdır və Ukraynada vətəndaş cəmiyyətinin formalaşmağa başladığını göstərir. Ümumiyyətlə, prezident seçkisi kampaniyasının gedişi və onun nəticəsi Ukraynanın postsovet məkanından qopduğu-nu, Avroatlantik məkana inteqrasiya yolunda olduğunu təsdiqlədi.

Putin SSRİ-2 yaradılmasına start verdi

Postsovet məkanının ikinci böyük ölkəsi Ukrayna bütün çətinliklərə baxmayaraq, Avroatlatik məkana inteqrasiya yolunda önəmli addımlar atdığı günlərdə, Rusiya da keçmiş SSRİ respublikalarını yenidən birləşdirmək niyyətindən əl çəkmir. Avroatlantik məkana inteqrasiya yolunu seçən Ukraynanı cəzalandır-mağa çalışmaqla yanaşı, Rusiya Qərbin "SSRİ-2" adlandırdığı Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılmasına start verdi.
Mayın 29-da Qazaxıstanda AİB-in yaradılmasını nəzərdə tutan müqavilə nəhayət ki, imzalandı. Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin imzaladığı və 2015-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək müqaviləyə başqa postsovet ölkələrinin də qoşulacağı gözlənilir.
Belə ki, Ermənistanın bu ayın ortalarında müqaviləyə qoşulacağı bildirilir.
AİB-in yaranmasını nəzərdə tutan müqavilənin imzalanma prosesinə müşahidəçi qismində qatılan Qırğı-zıstanın da tezliklə bu birliyə qoşulmaq fikri var.
Mərkəzi Asiyanın ən güclü ölkəsi hesab olunan Özbəkistanın AİB-ə qoşulması çox az ehtimal olunur. Rəsmi Daşkənd Moskvanın boyunduruğuna girmək niyyətində olmadığını ötən illərdə dəfələrlə nüma-yiş etdirib. İndi də Özbəkistan ЌATO-nun timsalında Qərblə əməkdaşlıq etmək yolunu seçib. Rusiya mətbuatı isə indidən Özbəkistanı ЌATO-nun Mərkəzi Asiyadakı forpostu adlandırır.
Qırğızıstan kimi Tacikistanın da AİB-ə qoşulacağını proqnozlaşdırmaq olar. Bu respublika azsaylı ölkələr-dən biridir ki, ərazisində Rusiyanın ordusu var və bu ordu Taciksitanın silahlı qüvvələrindən daha güclü-dür. Tacikistanın iqtisadi vəziyyətinin də AİB-i yaradan ölkələrdən asılı olması rəsmi Düşənbəyə alterna-tiv seçim imkanı vermir.
Zəngin neft və qaz ehtiyatlarına malik Türkmənistan isə öz enerji daşıyıcılarını dünya bazarına Rusiyanın iştirakı olmadan çıxarmaqda maraqlıdır. Bu səbəbdən də AİB-ə qoşulmaq rəsmi Aşqabadın maraqları daxilində deyil.
Mərkəzi Asiya respubliklarından NATO ilə əməkdaşlıq yolunu seçən Özbəkistan istisna olmaqla, digər üç ölkənin AİB-ə qoşulacağı, Türkmənistanın isə bitərəfliyini qorumağa çalışacağı gözlənilir.
Mərkəzi Asiyada olduğu kimi, Cənubi Qafqaz respublikaları arasında da AİB-lə bağlı yekdil mövqe yox-dur. Ermənistanın AİB-ə qoşulmasına çox qısa müddət qaldığı halda, Gürcüstan sürətlə Avroatlantik məkana inteqrasiya edir. Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayan Gürcüstanın NATO-ya üz-vülüklə bağlı Hərəkət Planını da sentyabrda alacağı gözlənilir. Yəni, Rusiyanın Krımı ilhaq etməsi Gürcüstanın NATO-ya üzvülüyünü sürətləndirib.
Cənubi Qafqazın üç respublikasından biri - Gürcüstan Avroatlantik məkana, digəri - Ermənistan AİB-ə qoşulduğu halda, Azərbaycan hər iki birlikdən kənarda qalmağa üstünlük verir. Doğrudur, Türkiyə, Gürcüstan və Azərbaycanın yaxınlaşması Cənubi Qafqazda Qərbin daha güclü mövqeyə sahib olacağını düşünmək imkanı versə də, yaranmış geosiyasi vəziyyət rəsmi Bakının uzun müddət bitərəf qalmasını mümkünsüz edir. Xüsusilə də, Azərbaycanın Avropaya qırılmaz iqtisadi bağlarla bağlandığını nəzərə aldıqda, rəsmi Bakının AİB-ə doğru addım atması mümkünsüz görünür. Beləliklə, Rusiyanın Mərkəzi Asiya kimi, Cənubi Qafqazı da bütövlükdə öz nəzarətinə alması mümkün sayılmır.
Rusiya Qərblə postsovet məkanı uğrunda mübarizədə ən böyük məğlubiyyətlə Şərqi Avropada üzləşir. Moldova Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayıb, Ukrayna isə bu razılaşmanın siyasi hissəsini imzaladığı kimi iqtisadi hissəsini də yaxın günlərdə imzalamaq niyyətindədir. Rusiyanın Krımı ilhaq etməsi, Şərq və Cənub vilayətlərinin konfliktli əraziyə çevrilmək təhlükəsi belə Ukraynanı yolundan dön-dərə bilmədi və rəsmi Kiyev hətta MDB-dən də çıxmaq niyyətindədir.
Postsovet məkanının Şərqi Avropa hissəsindən yalnız Belarus Rusiya ilə birlikdə olmaq qərarı verib.
Göründüyü kimi, postsovet respublikalarından dördü - Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan Rusiyanın yaratdığı AİB-i seçdiyi halda, digər dörd respublika - Gürcüstan, Moldova, Ukrayna və Özbə-kistan Qərblə əməkdaşlıq yolunu seçib. Digər üç respublika - Azərbaycan, Tacikistan və Türkmənistan isə hələ də seçim etməyib.
Tacikistanın AİB-ə qoşulmaq yolunu seçəcəyi təxmin edildiyi üçün, Rusiyanın təzyiqlərinin Azərbaycan və Türkmənistana qarşı yönələcəyi gözlənilir. Xüsusilə də, bu iki ölkənin Rusiyanın Avropanı öz enerji daşıyıcılarından asılı salmaq siyasətinə mane olan ölkələrdən olmasını nəzərə aldıqda, rəsmi Moskvanın gündəmində Azərbaycan və Türkmənistan məsələsinin olacağı ehtimal edilir. Çox güman ki, AİB-i yarat-maq qərarı verən rəsmi Moskva əvvəlcə bu iki respublikaya "kökə" siyasətini işə salacağı, bu siyasət effekt vermədikdə isə "dəyənək"dən istifadə etməyə çalışacaq.
Əlbəttə, Azərbaycan və Türkmənistan postsovet ölkələri içərisində Qərb üçün xüsusi önəmə malikdir. Buna görə həm Vaşinqton, həm də Brüssel bu iki respublikanın Rusiyanın nəzarət dairəsinə düşməsinə imkan verməməyə çalışacaq. Qərbin Rusiyadan fərqli olaraq daha böyük siyasi, diplomatik, iqtisadi və hərbi gücə malik olması Ukrayna məsələsində olduğu kimi, bu iki respublika uğrunda mübarizədə də qalib çıxacağını gözləmək olar. Hətta Rusiya AİB-i yaratmağa və bütün postsovet respublikalarını bir bayraq altına yığmağa nail olsa belə, Qərb postsovet məkanı uğrunda mübarizədən geri çəkilməyəcək. Bu halda SSRİ-2-nin ömrü SSRİ-nin ömründən qısa, taleyi isə daha acınacaqlı ola bilər.



SON XƏBƏRLƏR