Müğənni Batumidə biznesə başladı

img

23-05-2014 [11:56]


Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Bakıdan kənardadır. O, Gürcüstanın Batumi şəhərinə yollanıb.

Müğənni Mia.az-a  açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqladı: "Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç gündür Batumidə  bu barədə danışıqlar gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq”.

Y. Cəlilov yaxın günlərdə Vətənə dönəcəyini bildirdi. O, dinləyicilərə və tamaşaçılara bir müddətdir üzərində işlədiyi layihəsini də təqdim edəcəyini dedi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR