Metroda problem - Sərnişinlər yenə də qatardan çıxarıldı

22-05-2014 [18:18]
Bakı metrosunda bu gün daha bir hadisə olub. Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarda problem yaranıb. Belə ki, sərnişinlər İnşaatçılar stansiyasında təxliyyə olunub.

Buna səbəb isə qatarın qapılarının bağlanmaması olub. Sərnişinlərin qatardan boşaldılması isə sıxlığa səbəb olub.

Qeyd edək ki, son günlər qatarlarda tez-tez nasazlıqlar müşahidə olunur. Hətta sonuncu dəfə Koroğlu stansiyasında qatar tüstüləmişdi.



SON XƏBƏRLƏR