Krım: ilhaq və türklərin taleyi

22-05-2014 [18:17]

1944-cü ilin may ayının 18-də Krım türkləri doğma vətənlərindən - Krım yarımadasından sürgün edildilər. Həmin dövrdən Krım türkləri bu günü hüznlə anırlar.

Əslində isə, Krım türklərinin sürgün edilməsi ilə bağlı SSRİ Dövlət Müdafiə Komitəsinin 5859-ss saylı qə-rarı 11 may 1944-cü ildə verilib.
Böyük Məhəmməd Əmin Rəsulzadənin türk-tatar xalqlarının düşməni adlandırdığı Stalinin imzaladığı, SSRİ Dövlət Müdafiə Komitəsinin 5859-ss saylı qərarı ilə, tatarların (sənəddə belə adlandırılır-müəl.) Özbəkistan SSR-yə köçürülməsini təmin etmək Xalq Daxili İşlər Komissarlığına (XDİK) həvalə edilir.
Qərarda XDİK-nə tapşırılır ki, tatarların sürgün edilməsi iyun ayının ilk gününə kimi başa çatdırılsın. XDİK isə bu qərarı üç günə icra edir və 1944-cü ilin 18 mayında başlayan köçürülmə 20 mayda yekunlaşır.
SSRİ Dövlət Müdafiə Komitəsinin qərarında tatarların Özbəkistana köçürülməsi qeyd olunsa da, onların bir hissəsini Qazaxısatan, Tacikistana və Urala sürgün edirlər. Doğma vətənlərindən qovulan tatarlara ailə başına cəmi 500 kq yük götürməyə icazə verilir. Hər tatar ailəsi cəmi 500 kq ağırlığında ərzaq, geyim, məişət əşyaları və qab-qacaq daxil olmaqla, yük götürə bilərdi. Bununla da Krımın yerli xalqı olan türklər yalnız doğma vətənlərindən sürgün edilmir, həm də talançılığa məruz qalaraq, açlığa məhkum edilirdilər. Məhz bu anti-insani qərar nəticəsində Krım türklərinin böyük bir hissəsi sürgün zamanı və sürgünün ilk illərində həlak oldular. Stalinin imzası ilə həyata keçirilən Krım türklərinin sürgünü əslində, bu xalqın qətliamından başqa bir şey deyildi.
Krım türklərinin vətənə dönüş və Krımoğlu Krım türklərinin vətənə dönüş hərəkatı isə sürgündən dərhal sonra başlayır. Amma bu hərəkat xalqa qarşı yeni repressiyalara səbəb olur. Gizli şəkildə sürgündən qaçıb vətənlərinə qayıdanlar dərhal həbs olunurlar.
Krım türklərinin lideri Mustafa Cəmilyev-Krımoğlu da vətəninə qayıtmağa can atan və buna görə də ömrünün bir hissəsini həbsdə keçirənlərdən biridir. Mustafa Krımoğlu 1969-cu ildə Sovet İttifaqında in-san hüquqları qrupunun təşəbbüsçülərindən biri olur və buna görə həbs edilir.
70-ci illərin ortalarında yenidən SSRİ cəza aparatının hədəfinə çevrilən Krımoğlu anti-sovet təbliğatı apardığına görə bir daha həbs düşərgəsinə göndərilir. O, etiraz əlaməti olaraq aclıq edir və 10 ay müddətində zond vasitəsilə məcburi şəkildə qidalandırılır.
Krımoğlu atasının cəsədini gizli şəkildə Krıma aparıb, vətənində dəfn etməyə cəhd göstərdiyinə görə də həbsə məruz qalır. Bir yaşında vətənindən sürgün edilən bu insanın doğma yurduna qayıtmaq üçün apardığı mübarizə isə əslində, bir xalqın mübarizəsidir.
Mixail Qorbaçovun Sovet İttifaqında başladığı yenidənqurmanın ilk illərində, 1986-cı ildə həbsdən azad olunan Krımoğlu üç il sonra ailəsi ilə birlikdə 46 illik ayrılıqdan sonra vətəninə dönür. Məhz bu proseslə Krım türklərinin vətənə qayıdışı başlayır. Sovet İttifaqı dağıldıqdan sonra Krım Ukraynanın tərkibində qalır və bu illər ərzində bu yarımadanın əsl sahibi olan Krım türklərinin hüquqları az-çox təmin edilir.

Yenidən Rusiyanın əsarətində

Ukraynada ötən ilin noyabrından başlayan xalq etirazları nəticəsində bu ilin fevral ayının 22-də Rusiya-yönümlü Viktor Yanukoviç hakimiyyətinin süqutu ilə, Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsini bəhanə edən Rusiya yenidən Krımın işğalına start verdi. Fevral ayının 26-dan 27-nə keçən gecə Krım Muxtar Respublikasının hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə hərəkət edən qüvvələr tərəfindən tutuldu. Hakimiyyəti ələ keçirən bu qüvvələr yarımadanın Rusiyaya birləşdi-rilməsi üçün saxta referendum da keçirdilər. Krımın yerli əhalisi - Krım türkləri tərəfindən boykot olunan bu siyasi aksiyanın bütün dünya tərəfindən pislənməsinə baxmayaraq, Moskva bunu "xalqın öz müqəddaratını müəyyən etməsi" kimi qələmə verdi və Krımın ilhaqını həyata keçirdi. Bununla da Krım türkləri yenidən Rusiyanın əsarətinə düşdülər.
Krımın işğalı ərəfəsində Krım türklərinin siyasi və mənəvi liderləri Rusiyanın yeni işğalını 1944-cü ilin 18 mayı ilə bağlı hüznlü xatirələrin oyanmasına səbəb olduğunu, Krım türklərini ağır günlər gözlədiyini bə-yan edirdilər. O zaman istər rəsmi Moskva, istərsə də Rusiyanın hakim dairələri ilə işbirliyində olan qüv-vələr Krım türklərinin liderlərinin bu çağrışlarını təkzib etməyə, Rusiyanın onların hüquqlarını qoruyaca-ğına dair görüntü yaratmağa çalışırdılar. Krımın Rusiya tərəfindən yenidən işğal olunduğu günlərdə gö-rüntü yaratmaq üçün yeni qəbul edilən Konstitusiyada rus və ukrayna dili ilə yanaşı yerli xalqın da dili dövlət dili hesab olundu.
Krımın deportasiya olunmuş xalqlarının hüquqlarının bərpası haqqında Rusiya prezidenti fərman da imzladı. Lakin bütün bunlar dünya ictimaiyyətini aldatmağa yönəlmiş addımdan başqa bir şey deyildir. Krım türklərinin kütləvi şəkildə işdən qovulması, torpaqlarının əllərindən alınması, dini etiqadları ilə bağlı sorğu-suala məruz qalmaları da bunu təsdiqləyir.
Rusiyada siyasi hakimiyyətin dəyişməsinə baxmayaraq, Krım türklərinə münasibətin Stalin dövründə olduğu kimi qalmasını təsdiq edən bir amil də bu xalqın siyasi və mənəvi lideri Mustafa Cəmilyev-Krımoğlunun vətəninə buraxılmamasıdır. Krıma gəlməyə cəhdə görə ona və digər liderlərə qarşı cinayət işi qal-dırılıb. Mustafa Krımoğlu vaxtilə gizli şəkildə atasının cəsədini Krıma apardığına görə həbs edilmişdisə, indi ona qarşı cinayət işi Rusiyanın dövlət sərhəddini qanunsuz keçdiyi üçün qaldırılıb.
Bu ilin aprel ayında Rusiyaya girişi 5 il müddətinə qadağan edilən Mustafa Krımoğlunu soydaşlarından təcrid edən rəsmi Moskva Stalin siyasətinə sadiq qaldığını göstərməklə yanaşı, Rusiyanın da xalqlar həbsxanası olaraq qaldığını bir daha nümayiş etdirdi. Mustafa Krımoğlu və Krım türkləri isə Rusiyanın iş-ğalı ilə barışmaq niyyətində deyillər və öz hüquqları uğrunda mübarizə aparmaqda qərarlıdırlar.
Krımın işğalının ilk günlərində Moskva dünya və Rusiya ictimaiyyətinin loyallığına nail ola bilmişdisə, zaman keçdikcə, Krım tatarlarının səsinə səs verənlərin sayı artır. Hətta Mustafa Krımoğlu Ќobel Sülh Mü-kafatına da namizəd göstərilib. Rusiyadakı türk və müsəlman xalqları isə Krım türklərinin müdafiəsi istiqamətində daha ucadan danışmağa başlayıblar.

Sonun başlanğıcı

Bir çox ekspertlər bu gün Krımda, eləcə də Ukraynanın Cənub və Şərq vilayətlərində baş verən hadisə-ləri Serbiyanın ilk prezidenti Slobodan Miloşeviçin hakimiyyəti zamanı Yuqoslaviyada baş verən proseslərlə müqayisə edirlər. S.Miloşeviçin imperiyanı qorumaq, Serbiyadan kənarda serblərin yaşadığı torpaqları öz dövlətinə birləşdirmək niyyəti sonda serb xalqının faciəsinə çevrildi. İndi isə Ukrayna dövləti-nin zəifliyindən, Avropanın bəzi dairələrinin Moskva ilə ikili oyunları səbəbindən Rusiyanın Krımı ilhaq etməsi mümkün olsa da, bu, prosesin sonu deyil. Krımın ilhaqı prosesin başlanğıcıdır. ABŞ Krımın işğalını, Ukraynanın Cənub və Şərq vilayətlərində baş verən hadisələri əlində əsas tutaraq Moskvaya qarşı "yenidən cilovlamaq" siyasətini işə salıb. Bu siyasət hələlik effektsiz kimi görünsə də, müəyyən müd-dətdən sonra çox böyük effekt verəcək. Bir dəfə artıq Moskaya qarşı, özü də indiki Rusiyadan dəfələrlə güclü dövlətin paytaxtına qarşı tətbiq olunan bu siyasət öz effektini SSRİ-nin dağılması ilə göstərdi. SSRİ-dən dəfələrlə zəif olan Rusiya Federasiyasının ABŞ-ın yenidən tətbiq etdiyi "cilovlamaq" siyasəti nə-ticəsində yaranmış vəziyyətdən qalib çıxmaq şansı demək olar ki, yoxdur. Sadəcə olaraq, indi ekspertlər Rusiyanın neçə il dözə biləcəyini hesablamaqla məşğuldurlar. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya hazırda əlində olan valyuta ehtiyatları ilə bir neçə il, hətta ilk iki on illikdə duruş gətirə bilər.
Rusiyadakı vəziyyətə yaxından bələd olan ekspertlər isə bu nikbin proqnozu bölüşmürlər. Rusiya iqtisa-diyyatının artıq durğunluq mərhələsinə qədəm qoyduğunu, bunun ardınca sarsıdıcı iqtisadi böhranın başlayacağını qeyd edirlər. Artıq bu il hökumətin bir sıra sosial öhdəliklərini yerinə yetirə bilməyəcəyini qeyd edən ekspertlər sosial gərginliyin milli münaqişəyə səbəb ola biləcəyini də narahatlıqla proqnoz-laşdırırlar. Əgər belə vəziyyət yaranarsa, Rusiyadakı ən böyük qeyri-rus icmasına, türk-tatar xalqlarının həssaslıqla izlədiyi Krım türklərinə qarşı istənilən düşünülməmiş addım böyük alovu alışdıran qığılcıma çevriləcək.



SON XƏBƏRLƏR