Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi təxirə salındı

img

25-04-2014 [14:45]


Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəmə prosesi təxirə düşüb. Bu barədə Lent.az-a A.Kəsəmənlinin vəkili Aytən Əliyeva bildirib. Vəkil bildirib ki, A.Kəsəmənlinin bu gün saat 12:30-da Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan iclas baş tutmayıb.
Məhkəmə iclasının tarixi qeyri-müəyyən vaxta qədər uzadılıb: "Araz Kəsəmənlinin məhkəməsi bu gün keçirilməli idi. Lakin bu baş tutmadı. Səbəbini isə bilmirəm. Məhkəmənin növbəti tarixi isə bəlli deyil. Vaxt məlum olduqdan sonra, bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, A.Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə ittiham olunur. O, bir müddət əvvəl həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR