Ziya Məmmədovun oğlu şəxsi təyyarə aldı

img

25-04-2014 [13:28]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov dəyəri milyonlarla dollar qiymətinə ölçülən şəxsi təyyarə alıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, nazir oğlunun təqribən 6 ay öncə aldığı şəxsi təyyarə İsveçrədə istehsal olunub. Təyyarənin xüsusi sifariş əsasında istehsal olunduğu və yüksək keyfiyyətlə hazırlandığı bildirilir. Anar Məmmədovun bütün xarici səfərlərini bu təyyarə ilə həyata keçirdiyi qeyd olunur.

Avropa.info məsələ ilə əlaqədar Anar Məmmədovun vəkili Ruslan Məmmədova müraciət edib. Vəkil sualımızı dinləmədən əlində ciddi işlərinin olduğunu və danışa bilməyəcəyini deyib. Onu ciddi bir sual üçün narahat etdiyimizi dedikdə isə, vəkil "sizin işləriniz mənim işlərimdən ciddi ola bilməz " deyərək telefonu söndürdü.

Xatırladaq ki, bir müddət öncə, mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun qlamur həyat keçirməsi ilə bağlı yazılar dərc olunurdu. Sonradan bu yazıları Anar Məmmədovun biznes fəaliyyətini və hətta diaspora fəaliyyətini əks etdirən məqalələr əvəzləməyə başladı.


Digər xəbərlər
SON XƏBƏRLƏR