Laçın Rayon İcra Hakimiyyətinin məktubuna verilən reaksiya - Yenilənib

img

25-04-2014 [12:03]



Mia.az-da 22 aprel 2014-cü il tarixdə yayımlanan "Həbs edilən məmur baş həkimin qardaşı, icra başçısının yaxın qohumu çıxdı” başlıqlı yazıya Laçın Rayon İcra Hakimiyyətinin dünən bildirdiyi münasibət yerli sakinlərin hiddətinə səbəb olub.

 Sakinlər Mia.az-a bir-birinin ardınca məktub göndərərək, İcra Hakimiyyətindən saytın elektron ünvanına göndərilən məktubda bəzi məqamlarla razılaşmadıqlarını bildiriblər.

 Xatırladaq ki, həmin məktubda qeyd olunub ki, bu günlərdə həbs olunan yerli icra nümayəndəsi, rayon poliklinikasının baş həkimi Şakir İsayevin qardaşı Pənah Dadaşov icra başçısı Akif Səlimovun qohumu deyil: "Dadaşov Pənah Şura oğlu Laçın rayon İcra hakimiyyətinin Başçısının qohumu deyil».

 Daha sonra İcra Hakimiyyətindən məlumat üçün poliklinkanın baş həkimi Şakir İsayevlə Pənah Dadaşovun qısa tərcümeyi-halını göndərilib: «Məlumat üçün bildiririk ki, adıgedən həkim Şakir İsayev Yeni Azərbaycan Partiyasının üzvüdür, həmçinin Əməkdar həkimdir. Laçın əhalisi arasında həkim və insan kimi çox böyük hörmətə malikdir.

 Pənah Dadaşov 1993-2004-cü illərdə Laçın rayon Məşğulluq Mərkəzində mütəxəssis, 2005-ci ilin aprelindən 2010-cu ilin iyununadək Laçın rayon İcra Hakimiyyəti başçısının Qarıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini işləmiş, 03.06.2010-cu il tarixdən  Laçın rayon İcra Hakimiyyəti başçısının Qarıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir».

Sakinlər deyir ki, İcra Hakimiyyətinin məktubunda əksini tapan «Əməkdar həkim», hörmətli şəxsin – Şakir İsayevlə bağlı deyilənlərlə də razılaşmırlar: «Yaxşı olardı ki, İcra Hakimiyyəti necə Laçın əhalisi arasında həkim insan kimi çox böyük hörmət sahibi olduğunu necə iddia edir?! Onun qardaşı Pənah Dadaşovun Laçının işğalı ərəfəsində qaşdığının təsdiqləyən kadırlar var. Buna ANS-də baxa bilərsiniz. Bundan əlavə, İcra Hakimiyyəti bu məktubu Sizə göndərənə qədər rayon polis şöbəsinin rəisi Kərimovla əlaqə saxlayıb, polis rəisindən Dadaşovun icra nümayəndəsindən daha çox, hansı biabırçı işlərlə məşğul olduğunu da öyrənəydilər. Düzdür, biz  Dadaşovun Laçının adına xələl gətirən əməllərindən icra başçısı Akif Səlimovun xəbərinin olmasına inanmırıq».

Məsələylə bağlı Rayon İcra Hakimiyyətindən MİA.az-ya bildirilib ki, şikayətçilərin dedikləri həqiqəti əks etdirmir: "Düzdür, Pənah Dadaşovla bağlı ANS-də iddia olunan kadırlar var. Lakin hər kəs qanun qarşısında şəxsən məsuliyyət daşıyır. Panah Dadaşovla bağlı məsələlərdə nə Şakir həkimi, nə də bir başqasını günahlandırmaq doğru deyil. Bu, qərəz və şər kampaniyasından basqa bir şey deyildir. Şakir həkim həqiqətən rayonda böyük nüfuz və hörmət sahibidir".

İcra Hakmiyyətindən o da deyilib ki, bu qərəzli məlumatları rayondan bir-iki nəfər təşkil edir: "Onların məqsədi camaata göstərilən diqqət və qayğını kölgələmək cəhdindən basqa bir sey deyil. Belələrinin cəhdləri nə Şakir həkimi, nə də digər vəzifəli şəxslərin hörmətini azaltmaz, əksinə, daha da yüksəldər. Eyni zamanda, onların daha səmərəli işləmələrinə impulus verəcəkdir".

   

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR