Məmur övladlarının bahalı maşınlarında "zerkalnı" nömrələr və QİYMƏTLƏR

img

25-04-2014 [11:55]


Modern.az saytı Baş Dövlət Yol Polisi İdarəsindən nömrə nişanlarının qanunla müəyyənləşdirilmiş qiymət cədvəlini əldə edib. "Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunub:

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat
nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği
(manatla)

seriyası müxtəlif
hərflərdən ibarət
olduqda

seriyası eyni hərflərdən
ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500 manat

2500 manat

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000 manat

1500 manat

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500 manat

1000 manat

Amma "nömrə hərisləri” təkcə məmur övladları deyil. Belə "prestijli nömrələr”in sahibləri arasında müğənnilər də seçilirlər. Modern.az əvvəllər bu haqda yazıb. Amma məqamı gəldiyindən buna yenidən qayıdıb əyani misallar göstərə bilərik.


Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan «Audi Q7» markalı avtomobil sürən xalq artistiFaiq Ağayevinmaşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər –10 FA 222...


Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artistƏdalət Şükürovunbir neçə bahalı avtomobili var, nömrələri də nadir nömrələr. Müğənninin idarə etdiyi 160 min dollarlıq «Range Rover»in üzərində10 HP 100nömrə nişanı asılıb.
Ə.Şükürovun «Mercedes” markalı avtomobilinin nömrəsi10 PB 002-dir.


Azəri qızı Günelbir müddət öncə90 GA 222nömrə nişanı olan"Hyundaı” markalı avtomibil sürürdü.


Xalq artistiİlhamə Quliyevayaməxsus olan bahalı - 93 minlik "İnfiniti” markalı maşın90-GO-101nömrə nişanına malikdir.


MüğənniRuhinin idarə etdiyi "Mercedess CLS" avtomobilinin özü kimi nömrəsi də bahalıdır -10-ZO-777.
Şou-biznesin digər qalmaqallı müğənnisiNüşabə Ələsgərlinin "Mercedes-ML” avtomobilinin nömrə nişanı necə deyərlər, "zerkalnı”dır -10 LZ 101.


Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənniAbbas Bağırovunbahalı avtomolinin "prestijli nömrə”si var -90-BA-006.

Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edənRəqsanə«Range Rover» sürürdü. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var -90 EZ 999... Həmin maşının müğənnidə indi də qalıb-qalmadığını deyə bilmərik.


Digər tanınmış müğənniXatirə İslamınsürdüyü "Range Rover" markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər -10 MC 111.


Aygün Kazımovanın170 min dollarlıq ağ rəngli «BMW 750» markalı avtomobilinin nömrə nişanına həsəd aparanlar var -90 BL 009.

MüğənniCavanşir Məmmədovunsürdüyü960 min avroluq "Rolls Royce Phantom 6,7 AT” markalı maşının nömrəsinə(10 HS 100) görə ona həsəd aparanlar var.


Digər xəbərlər
SON XƏBƏRLƏR