"Ziya Məmmədov və qardaşlarının 23 milyardlıq sərvəti var" - İttiham

img

24-04-2014 [17:48]


Son zamanlar millət vəkili, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov və onun oğlu ətrafında qalmaqallar səngimək bilmir.

Elton Məmmədovun oğluna məxsus olduğu deyilən avtomobillə aeroport yolunda yarış videosu yayıldıqdan sonra millət vəkilinin oğluna aid bir çox məsələlərin üstü açıqlmağa başladı. Bir çox siyasətçi, ictimai şəxslər bu barədə öz fikirlərini bölüşüblər.

Etatist.com xəbər verir ki, hüquq müdafiəçisi Vidadi İsgəndərli də öz facebook hesabında bu barədə yazıb. Onun yazdıqlarına görə, Elton Məmmədov, Ziya Məmmədov və Mənsuz Məmmədovun ümumilikdə 23 milyarlıq əmlakı var:
"Elton Məmmədov mən bilmirəm bu sizin oğlunuzdur, yoxsa yox. Ancaq mən başqa movzuya toxunmaq istəyirəm. Siz də, Ziya Məmmədov da, Mənsur Məmmədov da qatı cinayətkarsınız. Verin məhkəməyə, sizin xalqın 17 milyardını mənimsəməyinizi sübut edim. Siz cinayətkarsınız. Bunu mən - hüquq müdafiəçisi Vidadi İsgəndərli deyir. Sübut etməyə hazıram. Bir kəndinizdə tikdirdiyiniz obyektlərin, göllərin milyardlarla qiyməti var. Göyçayda 5 milyard, xaricdə, Qubada və sair yerlərdə, xalqın 23 milyard talanmış əmlakı...".

Qeyd edək ki, Elton Məmmədov yarışan avtomobilin onun oğluna aid olmadığını desə də, avtomobilin Aynar Məmmədova aid olduğuna dair bir çox faktlar çıxdı ortaya.

Digər xəbərlər
SON XƏBƏRLƏR