Pərviz Həşimlinin məhkəməsi davam etdirilib

img

24-04-2014 [16:53]


Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə P. Həşimlinin vəkilləri əlavə şahidlərin dindirilməsi və P. Həşimlinin evindən çıxan silahların ekspertizadan keçirilməsi barədə vəsatət veriblər. Məhkəmə həmin vəsatətlərə növbəti iclasda münasibət bildirəcək.

Proses aprelin 28-də davam etdiriləcək.
Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR