Müxbirini zorlayan baş redaktorun adı bilindi

img

24-04-2014 [16:04]


Ötən həftə Bakının Binəqədi rayonunda işçisini zorlayan baş redaktorun kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi "Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib.


Aprelin 18-də Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, qəzetin redaksiyasında işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır.


Iddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.


Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR