Bahar Muradova məmur övladlarından danışdı: "Qanun qarşısında hər kəs bərabərdir"

img

24-04-2014 [15:55]


"İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir”.

Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova açıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur, buna vətəndaş deyib bölgü aparılmamalıdır: "Əlbəttə, cənab prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı, bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və buna uyğun hərəkət etməlidir.

Bunu xüsusi bölgülərə, təbəqələrə bölüb münasibət bildirməyin tərəfdarı deyiləm”.


B. Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil adi vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib. /Publika.az/



Digər xəbərlər
SON XƏBƏRLƏR