24-04-2014 [14:45]
«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” layihəsi həyata keçirir.
Layihə çərçivəsində çap olunmuş materiallar, yeni yaradılmış "Avtosfer.az” saytının və layihənin təqdimatı keçirilib. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov,"Diqesta” hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, ekspert Elçin Abdullayev iştirak ediblər. İctimai Birliyin rəhbəri Elməddin Muradlı qeyd edib ki, son günlər yol hərəkətinə aid qanunvericiliyə edilməsi gözlənilən dəyişiklər sürücüləri sevindirməklə yanaşı,həm də onları narahat edir: "Bal sisteminin ləğvi ilə bağlı daxili işlər naziri Ramil Usubovun Prezident Administrasiyasına müraciət etməsi müsbət qarşılanır. Lakin texniki qurğular vasitəsi ilə qeydə alınan qayda pozuntularının avtomatik rejimdə çalışan cihazlar vasitəsi ilə dərhal çap edilib sürücüyə SMS vasitəsi ilə məlumat verilməsi bir qədər çaşqınlıq yaradıb”.
E.Muradlı onu da vurğulayıb ki, sürət həddinin aşılması, avtomagistralda yarış keçirən imkanlı şəxslərin övladlarının kobud qayda pozuntularına yol verməsi, bəzilərinin məsuliyyətdən kənarda qalması doğru sayıla bilməz.
"Avtosfer.az” saytı haqqında da məlumat verən Birlik sədri bildirib ki, adıçəkilən sayt hər kəsin saytıdır. Burada sürücülər həm yol hərəkətlərinə aid yeni qaydalarla tanış ola, həm də onları maraqlandıran suallara cavab tapa bilərlər.
Tədbirdə həmçinin sürücülər üçün nəzərdə tutulan yapışqan lövhəçiklərin də təqdimatı olub. Həmin lövhəçiklərdə sürücüləri, yol hərəkəti iştirakçılarını maarifləndirmək üçün diqqət çəkən şüarlar əks olunub: «Fikir vermişik ki, bu cür lövhəçiklərdə bəzən «Maşında yeraz var», «Talış balası», «Zabrat uşağı» kimi lazımsız ifadələr əks olunur və sürücülər də bunu sevə-sevə maşınlarına yapışdırırlar. Biz də qərara gəldik ki, həmin lövhəciklərdə maarifləndirici şüarlar yazıb çap edək və sürücülərə pulsuz paylayaq. Artıq materiallar hazırdır və paylanma prosesi iki ay ərzində həyata keçirilicək. «Ara məsafəsi saxlayın», «Təcili yardıma yol verin», «Sürət həddini aşmayın», «Evdə sizi gözləyən var» kimi şüarların əks olunduğu lövhəcikləri əldə etmək istəyənlər bizə, avtosfer.az saytına müraciət edə bilərlər».
Bu lövhəciklərin çapını alqışlayan Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov isə lazımsız şüar yazan sürücüləri maarifləndirici şüarlar olun yapışqan lövhəciklərdən istifadəyə səsləyib. O, paytaxtda baş verən yol qəzaları barədə də məlumat verib. O bildirib ki, bu il yanvarın 1-dən aprelin 24-dək Bakıda 252 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 76 nəfər həlak olub, 264 nəfər isə dünyasını dəyişib. Qəzaların başvermə səbəbləri sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarəetmə, ötmə-manevr qaydalarının pozulması və digər hallarla bağlıdır. Qəzaların 52 faizi isə piyadavurmaların payına düşür. Vaqif Əsədov onu da əlavə edib ki, bu il paytaxt ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə avtoxuliqanların paylaşdığı videolarla bağlı BDYPİ-də müvafiq araşdırmalar aparılır: ”Həmin videolarda bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib və o faktla bağlı da araşdırma gedir”.
Daha sonra tədbirdə iştirak edən yol hərəkəti üzrə ekspertlər sürücülərin məsuliyyətlərinin artırılmasının vacibliyinə toxunublar.
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub