İcra Başçısının həbs edilən nümayəndəsiylə bağlı şok xəbər - UŞAQ ALVERİ

img

24-04-2014 [13:49]


Aprelin 21-də Laçın rayon İcra Hakimiyyəti Başçısının Qaraqışlaq kənd üzrə icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. 

Bu həbslə bağlı GUNXEBER.COM-a Laçın Rayon İcra Hakimiyyətinin yerləşdiyi Ağcabədi rayon Taxta Körpü qəsəbəsindən təfərrüatlar daxil olub.

Məlumatda bildirilir ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri ilə əlbir olaraq uşaqlara Bərdə rayonunda saxta sənəd düzəldərək başqa adla ölkədən çıxarıb Gürcüstana apararaq satırmışlar. P.Dadaşovun uşaqlara öz qızının və Alxaslı kəndindən olan bir qız uşağının sənədlərindən istifadə etməklə sənəd düzəltdirdiyi məlum olub. P.Dadaşovun bu işdən külli-məbləğdə qazanc əldə etdiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, P.Dadaşov və Şuşa Uşaq Evinin müdiri daxil olmaqla 10 nəfərdən çox adam həbs edilib. Həbs olunanlar arasında Alxaslı kəndindən bir ər-arvad da var.

Bundan başqa Bərdə rayon "pasportstol”unda da əməliyyat keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR