ARDNŞ neft çəni yanğını ilə bağlı məlumat yaydı

img

24-04-2014 [12:41]


Neft çənində baş vermiş yanğının qarşısı alınıb.

Azərbaycan Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 24-də, səhər saat 09.40 radələrində "Azneft” İstehsalat Birliyinin "Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib. 


Hadisə yerinə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını almışlar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd etmək lazımdır ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR