Gəncədə məmur vətəndaşı xəstəxanalıq etdi - VİDEO

img

23-04-2014 [19:47]



Bu gün Gəncə şəhərinin Nizami rayonunun icra məmuru Qurbanov Ceyhun iş otağında vətəndaş Əsgərova Tahirə Zakir qızının vəhşicəsinə döyülməsi nəticəsində xəstəxanalıq olub

.İcra məmurunun iş otağında vətəndaşın səhhəti ağırlaşdığından dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası gəlib.

Xəstənin vəziyyəti ağır olduğunu nəzərə alaraq Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım xəsətəxanasının travmatologiya şöbəsinə yerləşdirblər.

Adıçəkilən şöbənin travmatoloqu Şahin Quliyevin əməkdaşımıza xəstənin "Təpə nahiyyəsinin əziyi, keçirilmiş kəllə -beyin travması, saçların yolunması və isterik vəziyyət" diaqnozu ilə daxil olduğunu bildirib.

Gəncə sakini Əsgərova Tahirə Zakir qızının hal-hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.Həkim travmatoloqun bildirdiyinə görə xəstə hələ də komadadır.

İcra məmurları vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri çərçivəsində onları qərəzsiz həll etməklə yanaşı xanım vətəndaşlarla nəzakətli rəftar etməyi də unutmamalıdır...

Demokratiya.info


Digər xəbərlər
SON XƏBƏRLƏR