Qubada qalmaqal: Başçı ilə şöbə müdiri bir-birini təhqir edib

img

23-04-2014 [19:26]



Quba sakini Rəşad Quliyevdən məktub daxil olub.

 Rəşad Quliyev son dövrlər Qubada baş verənləri anarxiya adlandıraraq yazır: ”Son illər ərzində Qubada başçı kimi calışanlar özlərini kiçik padşah kimi aparırlar. Əgər belə olmasaydı rayonumuzun icra başçısı öz bəd əməllərindən əl çəkərdi. Mənim Alpan kəndində 5 hektar torpaq sahəm var. İcra başçısı Mübariz Ağayev heç bir səbəb göstərmədən mənim bağımın ağaclarını kəsdirərək ərazini bir hissəsini hasara aldırıb. Mən bunu aydınlaşdırmaq üçün keçən həftə icra hakimiyyətində oldum. Amma icra başçısı məni qapıdan qovdurdu. Onlar bu günə qədər mənim qanuni pay torpağımdakı bağımı hansı səbəbdən məhv etdiklərini səbəbini açıqlamırlar. Mən icra hakimiyyətində olarkən İcra başçısı ilə təhsil şöbəsi arasında inanılmaz təhqir savaşı gedirdi. Qəbulda olan onlarla qubalının gözləri qarşısında icra başçısı təhsil şöbəsinin müdirini təhqir edirdi. Elə buna görə polislər bizi qəbul otağından bayıra cıxardı. Mübariz Ağayev Qubaya gələn gündən yerli sahibkarlara və yaşıl təbiətə qarşı savaş açıb. Bu günə qədər adı "Qırmızı Kitab”a düşən 300-dən artıq "xan çinar” adlanan ağacları kəsilib.

 İcra başçısının göstərişi ilə son günlər Qubada 300-400 il yaşı olan ağacların oduncağının hər biri 2000 dollara satılıb. Bir sözlə Mübariz Ağayevin qubalılara əsl "sevgi”si puldan ibarətdir. Mənim kimi onlarla qubalı Mübariz Ağayevin zülmündən əziyyət çəkir”.

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.

azerinfo.org


Digər xəbərlər
SON XƏBƏRLƏR