Nazirin qardaşı şantaj deyir, videolar isə... - Daha bir açıqlama

img

23-04-2014 [11:52]



"Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır”


Mia.az bildirir ki, bu sözləri "Axar.az”a millət vəkili Elton Məmmədov mediada digər oğlu Elnur Məmmədovun da avto-xuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedi.

Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib”.
 
Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüb:
 
"Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də bütün dünyaya 155 kanalla canlı yayımlanan beynəlxalq miqyaslı kiq-boksinq üzrə turnirin qalibidir. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər”. 
 
Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı olan bu  kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: "Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək”.
 
E.Məmmədov ona qarşı kampaniya təşkil edənlərlə mübarizə aparmaq fikrində olmadığını bird aha xatırlatdı: "Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə aparım?”
 
Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35” markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu yayılıb.
 
Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass” markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub.






Digər xəbərlər
SON XƏBƏRLƏR