İcra başçısının adı futbol qumarında hallanır! - İlginc İDDİALAR

img

22-04-2014 [12:02]


Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun adı "Topaz" futbol qumarında hallanmağa başlayıb.

Mia.az Azerinfo.org-a istinadən xəbər verir ki, rayon ərazisindəki əksər gəlirli ticarət obyekləırini özəlləşdirən Xəzər Aslanov indi də "Topaz” ovuna çıxıb.

Xızı sakini sayta bildirib ki, 2013-cü ildə 15 min manat xərc çəkərək "Topaz” açıb. Lakin bir neçə gün öncə ona bildiriblər ki, obyekti boşaltmalı və bundan sonra "Topaz” işlətməməlidir. Xızı sakininin sözlərinə görə, rayon ərazisindəki bütün "Topaz”lara Xəzər Aslanov şəxsən özü nəzarət edir. İcra başçısının hətta Bakıda və Sumqayıtda da bu işlə məşğul olduğunu söyləyən mənbəmiz daha bir ilginc iddia ilə çıxış edib. 

Mənbənin sözlərinə görə, Xəzər Aslanovun icra başçısı təyin olunmasında da qaranlıq məqamlar var. Daha doğrusu, icra başçısının ali təhsili yoxdur (?). Əgər varsa belə, bu, sonradan saxta yollarla hansısa özəl universitetlərin birindən alınıb. Və o, harada təhsil aldığını birmınalı olaraq gizli saxlayır.

Bu faktı dəqiqləşdirmək üçün İcra Hakimiyyətinin rəsmi saytına baxdıq.  Amma Xızı İcra Hakimiyyətinə məxsus olan www. khizi-ih.gov.az saytında Xəzər Aslanovla bağlı bir sıra məlumatlar olsa da, onun harada təhsil alması barədə heç bir bilğı yoxdur. Əvvəl fəhlə, sonra məhkəmə katibi, ”"İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, "Fədai” kooperativinin sədri, Aslan R.Q” k/m-da kommersiya direktoru, "ER-COMPANY LTD”-də mütəxəssis, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı,"European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və hazılrda, Xızı rayon İcra Hakimiyyəti Başçısı… Ciddi suallarla dolu bir vəzifələr..

Bütün vəzifələrdən görünür ki, Xəzər Aslanov həmişə biznes sahəsində çalışıb. Amma arada Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı da olub (?)…

Xəzər Aslanovun bioqrafiyasını www. khizi-ih.gov.az saytında olduğu kimi təqdim edirik:

Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

25.12.1990-cı ildən 14.02.1992-ci ilədək "İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə "Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək "Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək "ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək "European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-cü ilədək "European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir.

Hər halda bu qədər məlumatın sırasında Xəzər Aslanovun hansı ali təhsilə məxsus olduğunu bir cümlə ilə yazmaq o qədər də çətin deyil. Elə isə, bu məlumat niyə yazılmayıb? Yaddanmı çıxıb, yoxsa, doğurdan da Xəzər Aslanovun heç bir ali təhsili yoxdur?

Bu suala aydınlıq gətrmək istəsək də, Xızı rayon İcra Hakimiyyətindən bizim suallarımızı kimsə cavablandırmadı.


Digər xəbərlər
SON XƏBƏRLƏR