21-04-2014 [17:05]
Daha bir oliqarx oğlunun Bakıda öz bahalı avtomobilləri ilə sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb.
Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır.
Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi "Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). "100” seriyalı "Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.
Bununla belə məlumdur ki, deputat-oliqarxın uşaqlarının bütün maşınları həmin rəqəmdən ibarət nömrəni daşıyır.
Həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib. Virtualaz.org saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir.
Xatırladaq ki, ötən həftə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində "BMW X6” və "Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası isə Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb.
Bu fakt prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağına, onların atalarının vəzifələrindən qovulacağına dair etdiyi xəbərdarlığın qüvvədə qaldığını bir daha sübut edib.
Ancaq bu xəbərdarlığa baxmayaraq yüksək vəzifəli şəxslərin övladları hələ də dəbdəbəli avtomobillərini və onlarla Bakı küçələrində hansı sürətlə şütüdüklərini nümayiş etdirməkdən çəkinmirlər. DYP-dəki mənbənin əməkdaşımızla söhbətində bildirdiyinə görə, dar çərçivədə keçirilən iclaslarda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov nüfuzlu məmur-oliqarxların övladlarının avtoxuliqanlıq əməlləri qarşısında gücsüz olduqlarını etiraf edib.
Qeyd edək ki, bundan əvvəl saytımız nəqliyyat nazirinin qardaşı oğlu Aynar Məmmədovun dövlət nömrə nişanları ancaq "100” rəqəmindən ibarət olan bahalı maşın kolleksiyasını sosial şəbəkələrdə necə nümayiş etdirdiyi barədə geniş araşdırma dərc edib.
Deputat oğlunun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model "BMW” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında "Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), "Mercedes CLS 63” (72 min dollar), "Grand Cherokee” (60 min dollar), "Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır), "Maserati” (ən sadə modeli 65 min dollardır), "BMW M5” kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.
/pBu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"