Artur Rasizadə daha bir dəyişiklik qərarı imzaladı

img

21-04-2014 [11:30]



Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib.

Qərar "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında” prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 

Qeyd edək ki, bu dəyişiklik "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları"nda da öz əksini tapıb.

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR