17-04-2014 [19:32]
Bu gün paytaxt Bakıda sürücülər üçün yenilik edilib. Avtosfer.az saytının məlumatına görə, artıq Parlament, Hüseyn Cavid prospektlərində, eləcə də Mikayıl Müşfiq küçəsində yol hərəkəti iştirakçılarına gedəcəyi ünvanla bağlı məlumatverici nişanlar quraşdırılıb. Nişanların fotolarından da göründüyü kimi, hər bir istiqamət üzrə məşhur idarə və müəssisələrin, obyektlərin adları qeyd olunmaqla yanaşı həmin nişanın quraşdırıldığı küçənin adı baş tərəfdə qeyd olunur. Bu isə o deməkdir ki, sürücü hansı küçədə olduğunu və hansı istiqamətə necə getməli olduğunu dərhal anlaya biləcək. Doğrudur, bu nişanlar bir qədər görünməyən yerlərdə və diqqət çəkən forma və rəngə deyil. Amma ümumilikdə, bu, Bakıda ilk belə təcrübədir və şəhər sakinləri tərəfindən xoş qarşılanır. Dünyanın inkişaf etmiş ölkələrində mövcud olan bu cür sistemlər yol hərəkəti iştirakçılarının işini asanlaşdırır, onlara gedəcəkləri ünvanı tez tapmaqda yardımçı olur. Yeri gəlmişkən, bu nişanların quraşdırılması 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işlərinin tərkib hissəsidir və paytaxta təşrif buyuracaq qonaqların sərbəst hərəkətini təmin etməyə yönəlib.
Qeyd etmək yerinə düşər ki, iki il öncə Azərbaycanda Nəqliyyat Nazirliyinin tərkibində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb və bu qurum tərəfindən küçə və yollarda hərəkət istiqamətini bildirən monitorlar quraşdırılıb. Lakin sürücülərin əksəriyyəti də bu fikirdədir ki, bu tablolar gözlənilən nəticəni vermir. Burada yalnız müxtəlif tədbirlər reklam olunanda, işğal günləri ilə bağlı məlumatlar yerləşdiriləndə daha maraqlı olur. Ümumiyyətlə, hansısa əcnəbinin bu monitorların dəstəyi ilə Bakıda sərbəst edə biləcəyini düşünmək sadəlövhlük olardı. Belə də, heç yerli vətəndaşlar, şəxsən elə mən özüm də bu tablolara baxarkən konkret nəsə qavramaqda çətinlik çəkirəm. Çünki burada həm istiqamətlər düzgün əks olunmur, dəqiqlik yoxdur, həm də monitorlar arasında məsafə o qədər uzaqdır ki, onları izləməklə haradasa mənzil başına çatmaq mümkün deyil. Amma paytaxt küçələrində yenicə quraşdırılmağa başlanılan yeni məlumatverici yol nişanlarının faydalı olacağını düşünmək olar. Bir şərtlə ki, bu nişanlar görünən yerdə də daha çox diqqət çəkən formada olsun.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO