Etibar Pirverdiyev “Azərienerji”də işçiləri ixtisar edir

img

17-04-2014 [19:13]


İşçilərin ixtisara düşməsi bu dəfə "Azərienerji” Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı.

Modern.az saytının əldə etdiyi məlumata görə, ASC sədri Etibar Pirverdiyevin göstərişi ilə qurumun bütün rayon şöbələrində ixtisralara start verilib. Bu məsələ hətta kənd rayonlarında da müşahidə olunur.

Belə ki, "Azərienerji”nin bir sıra rayon şöbələrinin əməkdaşları heç bir əsas göstərilmədən işdən azad olunurlar.

Artıq Bakı və Sumqayıt şəhərləriində də ixtisarlar başlayıb. Məsələ bu şəkildə davam etsə, xeyli insan işsiz qalacaq.

İxtisarların hansı səbəbdən aparıldığını öyrənmək üçün heç olmasa "Azərienerji” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir həftədir telefon zənglərinə cavab ala bilmədik.


Digər xəbərlər
SON XƏBƏRLƏR