“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi; yeni rəis təyinat etdi

img

17-04-2014 [19:10]


"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib.

AzNews.az-un məlumatına görə,QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub, Nəzakət Tanrıverdiyeva isə işdən kənarlaşdırılıb.

Modern.az saytının məlumatına görə,ali təhsilini Türkiyədə alan Nəsimi Paşayev əvvəllər "Hürriyət və "Yeni zaman" qəzetlərində çalışıb.10 ilə yaxındır"Bakıelektrikşəbəkə” ASC-nin Mətbuat Xidmətinin əməkdaşı idi.

Prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qurumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib.

Zaur Hüseynov bu təyinatadək "Bakıelektrikşəbəkə” ASC-nin sədr müavini vəzifəsini tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR