Siyavuş Novruzovdan Söyün Sadıqova: “Normal adam lüt şəklini internetdə yaymaz”

img

17-04-2014 [16:39]


Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov "AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovun "Facebook” səhifəsində qarda çəkilən yarıçılpaq fotosunu paylaşmasına münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib: "Mən bu cür səviyyədə olan adamlara əhəmiyyət vermirəm. Bu fotolarla özünün səviyyəsini göstərir. Azərbaycan xalqı, mediası və cəmiyyəti də Söyün Sadıqovu yaxşı tanıyır. O bu cür hərəkətlərlə diqqət çəkmək və gündəmə gəlmək istəyir. Onun əsas məqsədi bununla gündəmə gəlməkdir. Ancaq o nə cür hərəkət etsə belə, heç kimin diqqətin çəkməyəcək. Normal başı olan adam isə özünün lüt şəklini internetdə yaymaz”.

Xatırladaq ki, "AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov özünün Facebook səhifəsində yarıçılpaq şəklini paylaşıb. Şəkildə Söyün Sadıqov qarlı havada yarıçılpaq gəzməklə bədəninin soyuğa davamlı və möhkəm olduğunu nümayiş etdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR