Dmitri Medvedyev yaxın günlərdə Azərbaycana gələcək

img

17-04-2014 [16:29]


Rusiyanın baş naziri Dmitri Medvedyev yaxın günlərdə Qubaya gələcək. Bu dövlətin daxili işlər naziri Vladimir Kolokotsev isə artıq Quba rayonunda səfərdədir. 

Dogru.tv Quba rayonundakı mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının daxili işlər naziri Qubada  5 ulduzlu "Rixos Quba Azerbaijan” otelinədir. Naziri Quba səfəri ilə bağlı rayonda fövqəladə vəziyyət hökm sürür. Bilgi verən mənbə qeyd edir ki, Rusiya daxili işlər nazirinin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi "Rixos Quba Azerbaijan” otelinədir. Belə ki verilən bilgiyə görə, nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Azərbaycan daxili işlər nazirliyinin məsul çəxsləri Quba rayonundadır. 

Məlumata görə, Rusiya daxili işlər nazirinin gəlişinin əsas məqsədi yaxlın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev və Dağıstan prezidenti Ramazan Abdulatipov "Rixos Quba Azerbaijan” otelində bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, Qubaya gələn baş nazirə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan bir villa da bağışlanacaq. Mənbə bildirir ki, artıq villa tam yaşayış üçün hazırdır.

Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Qubaya səfərinə həyat yoldaşı Svetlana Medvedyeva ilə gələcək. Qonaqların Qubada 3 gün qalacaqları bildirlir. 

Yaxın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlir. Baş nazir və prezident Qubada "Rixos Quba Azerbaijan” otelinə gedəcəklər.

"Yeni Müsavat”ım rayondakı mənbələrədən əldə etdiyi məlumata görə görüşlərə İran və Türkiyə təmsilçiləri də qatılacaqlar. Görüşlərin məqsədi hələlik açıqlanmır


Digər xəbərlər
SON XƏBƏRLƏR