Nəqliyyat sektorunda böyük dəyişiklik olacaq

img

17-04-2014 [15:44]


«Növbə nəqliyyat sektoruna çatıb, bu sahədə də ciddi islahatlar aparılacaq, əhaliyə xidmətin keyfiyyəti yaxşılaşdırılacaq, korrupsiya, bürokratiya aradan qaldırılacaq».

Bu barədə "Bizim Yol” qəzeti hakimiyyətə yaxın mənbədən məlumat əldə edib. Mənbə hakimiyyətin bütün qollarında Asan xidmət modelinin tətbiq ediləcəyini, korrupsiyalaşmış, uzun illər yüksək vəzifələr tutan məmurların istefaya göndəriləcəyini vurğulayıb.

«Nəqliyyat sektoru neft pullarından ən böyük pay almış qurumdur. Son 5 il ərzində təkcə yol çəkilişlərinə 10 milyard dollara yaxın pul xərclənib, amma qoyulan sərmayə özünü doğrultmayıb. Çünki istər Bakıda, istərsə də şəhərlər arası yolların təmir-tikintisində yol verilən korrupsiya keyfiyyətə mənfi təsir göstiərir. Dövlət əsaslı təmirdən çıxan yolları saxlamaq üçün hər il büdcədən külli miqdarda vəsait ayırmaq məcburiyyətindədir.

Bundan başqa şəhər daxili, şəhərlərarası nəqliyyatda əhaliyə xidmət bərbad haldadır, bu sahədə uzun illər heç bir islahat aparılmayıb. Nəqliyyat nazirin şəxsi biznesinə daxil olan bir neçə şirkətə monopolist rol verilib, bu sahədən axan külli miqdarda gəlir islahatları əngəlləyib. Nazirlər Kabinetinin Bakı meriyasının nəzdində «Bakıbus» MMC-nin yaratması da bu sahədə qayda-qanun yaratmaq niyyətindən irəli gəlir».

Dəmirol nəqliyyatındakı duruma diqqət çəkən mənbə bu sahədə də anarxiyanın baş alıb getdiyini vurğulayıb: «Qatarlar bərbad gündədir, xidmətin keyfiyyəti çox aşağı, qiymətlər bahadır, bələdçi-sərnişin münasibətləri normal tənzimlənmir. Qatarlar normal qrafiklə işləmir, bəzən saatlarla ləngiyir. İndi Bakı-ilə Gəncə arasında 360 kilometrlik yolu qatarlar az qala yarım sutkuaya gedir. Yükdaşıma sahəsində də eyni durum hökm sürür, sovet dövründən qalmış təsərrüfat yarıdağılmış haldadır».

Mənbə nəqliyyat sektorunda bundan sonra atılacaq addımlarla bağlı məlumat verib:

Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə yenidən baxılacaq, «Azəryolservis ASC»-ni və Azərbaycan Dəmir Yolları QSC-ni yeni yaradılan qurumlar əvəzləyəcək. Nazirliklə bu qurumların tabeçililik münasibətləri də yenidən tənzimlənəcək. Mənbə vurğulayıb ki, Ziya Məmmədov, Cavid Qurbanov və Arif Əsgərov yenidən təşkil olunan nəqliyyat sistemində görəv almayacaqlar. «Onları təmiz imicli, gənc, savadlı kadrlar əvəzləyəcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR