Polis rəisinin jurnalisti həbs etdirmək planı

img

17-04-2014 [14:55]


Beyləqanın Polis rəisi Fizuli Şıxəliyev Olaytv.az saytının baş redaktoru, tanınmış jurnalist ramin Məhəmmədoğlunu həbs etdirmək yolunu axtarır. Beyləqan rayon polis şöbəsinin rəisi Fizulu Şıxaliyev tərəfindən tənqidçi jurnalist Ramin Məhəmmədoğlunun həbs olunması barədə ilginc məlumat yayılıb. 

 Bu barədə Bolgexeber.com-a baş redaktor Ramin Məhəmmədoğlu özü məlumat verib. Baş redaktorun sözlərinə görə, polis rəisinin ona qarşı belə bir addım atmasının əsas səbəbi, bir neçə gün əvvəl rəhbəri olduğu «Olaytv.az» saytında və buna istinadən digər xəbər portallarında digər sahibkarlarla yanaşı, Anar Zeynalovun Beyləqan polis şöbəsinin rəisinə qarşı etiraz aksiyasının keçirilməsinə dair şikayət ərizəsinin dərc edilməsidir. Sahibkarlar öz şikayət ərizələrində yazırlar ki, Beyləqan rayon magistral küçəsində-bazar adlanan ərazidə polis şöbəsinin əməkdaşı İslam Məmmədovun rəisin adından hər ay obyekt sahiblərindən 50 (əlli) manat qanunsuz pul tələb edib. Görünür bazar ictimayyətinin üzləşdiyi problemlərin, polis rəisinin adından pul tələbi mətbuatın gündəminə çıxarılması, hörmətli Fizuli Şıxəliyevi qıcıqlandırıb. Bu səbəblə də polis rəisi jurnalisti həbs etdirmək yolunu axtarır. Həmkarımız bildirir ki, Beyləqandan ona verilən etibarlı mənbənin sözlərinə görə, polis rəisi sahibkarlara bildirib ki, izahat versinlər ki, bu haqda -şikayətlə bağlı jurnalistə heç bir müraciət etməyiblər və bütün yazılanları jurnalist öz yanından yazıb. Beləliklə də polis rəisi bu adla jurnalisti həbs etidrə bilər. 

 Baş redaktor R. Məhəmmədoğlu bildirir ki, polis rəisi unutmamalıdır ki, demokratik bir ölkədə yaşayırıq. Demokratiyanın səciyələnməsində söz və mətbuat azadlığının başlıca rolu var. Demokratik bir ölkədə jurnalistin həbs olunması da demokratik dəyərlərə və prinsiplərə cavab verməlidir. Bu yalnız kimlərinsə xülyası ola bilər ki, jurnalisti hər-hansısa bir iyrənc yolla həbs elətdirə. Bunun üçün kifayət qədər arqument və dəlil olmalıdır. Beyləqan Polis Şöbəsi ilə bağlı yazılara gəlincə, baş redaktor onuda bildirdi ki, yazılan tənqidi yazı konkret şikayət ərizəsi əsasında yazılıb. Polis rəisinin belə bir yola əl atmasına heç bir lüzum yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub