Araz Əlizadə Sosinternin Kiyev sammitindən İMTİNA etdi

img

17-04-2014 [11:29]


"Sosialist İnternasionalının bu il nəzərdə tutulan iclasının Kiyevdə keçiriləcəyi gözlənilsə də, qurum hələ yekun bir qərar verməyib. Çünki Ukraynada vəziyyət gərgin olaraq qalır”. 


Bunu Modern.az saytına Sosialist İnternasionalının (Sosintern) üzvü ASDP –nin sədri Araz Əlizadə deyib. O bildirib ki, Ukraynada faşistlər hakimiyyətə gəldiyindən sözügedən təşkilatın tədbirinin Ukraynada keçirilməsi sual altına düşür. A. Əlizadə toplantının Kiyevdə olacağı təqdirdə belə ora getməyəcəyini bəyan edib: "Əgər Sosintern iclasın Ukraynada keçirilməsi barədə qərar versə, şəxsən mən ora getməyəcəyəm. Ora getmək faşistlərə dəstək vermək olardı. Amma tədbir başqa ölkədə olsa ora gedəcəyəm”-deyə ASDP rəhbəri söyləyib.

Qeyd edək ki, bu ilin yaz aylarında Sosinternin Kiyevdə iclasının keçiriləcəyi gözlənilirdi. Qurum üzvü A. Əlizadə təşkilatın gündəliyinə salınacaq məsələlər haqqında danışarkən bildirmişdi ki, Qarabağla bağlı hər hansı müzakirə olmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR