İcra başçısı, yoxsa ovçu? - Oqtay Əsədovun qudasına şok ittiham

img

17-04-2014 [10:43]


Spiker Oqtay Əsədovun qudası haqda ilginc məlumat yayılıb.

Mia.az AZERİNFO.ORG-a istinadən xəbər verir ki, Samux rayon sakini rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin yarıtmaz işindən söz açıb. 

Şikayətçi bildirir ki, rayona icra başçısı təyin olunan gündən Alı Qocayev fermerlərə qarşı total hücumlara keçib:

"Fermerlərin torpaqlarının adamları vasitəsilə zəbt edən icra başçısı özünə Qərb bölgəsində ən böyük fermer təsərrüfatı yaradıb.Bu təsərrüfat rayonun Poylu kəndində yerləşir. Bu günlərdə Samux rayonunun ən böyük fermerlərindən birini yanına cağıran Alı Qocayev onun 5oo hektarlıq ərazisini özəlləşdirdiyini bildirib. Buna etiraz edən fermer isə rayon polis idarəsinə cağrılaraq həbs edilib. Bu hadisənin üstündən 10 gün keçsədə də Samuxlu fermer hələ də həbsdədir. Edək ki,bir müddət öncə Poylu kəndinin sakinləri də icra başçısının onların pay torpağını zəbt etməsinə etiraz olaraq aksiya keçirtmişdi. İcra başçısı Poyludakı təsərrüfatının yaxınlığında balıqçılıq gölüdə inşa etdirib və tez tez bu göldə balıq ovlayaraq vaxtını keçirir. Samuxdakı etibarlı mənbəmiz idda edir ki, Alı Qocayev təbiət qoynunu sevdiyi üçün rayonda fəaliyyət göstərən Eldar Şamı Dövlət Təbiət Qoruğunda da ayda bir neçə dəfə baş çəkir. Alı Qocayev burda dovşan, kəklik və başqa quşlar ovlayır".

Daxil olan başqa bir məlumatda isə bildirilir ki, Alı Qocayev 2013-cü il boyu büdcə təşkilatlarının əli ilə dövlətin külli miqdarda vəsaitlərini mənimsəyib. Bildirilir ki, icra başçısı hər bir büdcə təşkilatına gəlirinə görə "haqq” qoyub. Samux rayonunda Alı Qocayevin dövlət vəsaitlərini «sildiyi» əsas büdcə təşkilatları isə Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Suvarma Sistemləri, Su Kanal, Qaz İstismar, Yol istismar və Maliyyə İdarələrinin olduğu qeyd olunur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

Digər xəbərlər
SON XƏBƏRLƏR