Ziya Məmmədovun ortağı məhkəməyə verildi

img

17-04-2014 [09:51]



Azərbaycan Beynəlxalq Bankı nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı "Hafka” kimi tanınan Hafiz Məmmədovu məhkəməyə verib. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı azpolitika.info yayıb. Məlumatda deyilir ki, buna səbəb iş adamının bankdan götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmamasıdır.

Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, söhbətin bir-neçə yüz milyon manatdan getdiyini bildirib. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yıxılıb qalan vəsaiti geri qaytarmayıb. Bu da bank rəhbərliyini son tədbirə əl atmağa vadar edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR