AMEA-da prezidentə qarşı imzatoplama kampaniyası - QALMAQAL (ÖZƏL)

img

16-04-2014 [22:54]


Sabiq deputat Nazim Imanovun AMEA İqtisadiyayt İnstitutunun direktoru vəzifəsindən imtinasından sonra hazırkı direktor İsa Alıyev postunu qorumaq üçün hərəkətə keçib.

Mia.az-a AMEA-dan daxil olan məlumata görə, o, vəzifəsini qorumaq və AMEA prezidenti Akif Əlizadəyə təsir etmək məqsədiylə işçilərdən imza toplanılmasına qərar verib: "Lakin bu zaman bir çox işçi imza verməkdən çəkinib və bu hərəkətin AMEA prezidenti Akif Əlizadəyə qarşı çıxmaq kimi yozulacağını bildiriblər. İsa Alıyev isə yaxın ətrafını da xəyanətdə suçlayaraq, onları imza toplama kampaniyasını pozmaqda suçlayıb".

Mia.az-a verilən dəqiq məlumata görə, AMEA rəhbərliyi İsa Alıyevin yenidən direktor olmasına sıcaq yanaşmır.

MİA-ya verilən məlumata görə ötən həftə onun vəzifəsinin sabiq deputat Nazim İmanova təkilf edilib. Lakin Nazim İmanov bu postu tutmaqdan imtina edib. Daha sonra Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadəyə bu post təklif olunub: "Nazim İmanov 600 manat maaşa gəlmək istəmədi, Elşən müəllimsə indiki vəzifəsini buraxmadı"

Xatırladaq ki, aprelin 18-də İqtisadiyyat İnstitutunun direktorunun kim olacağı ilə bağlı son qərarın veriləcəyi gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR