İlham Əliyev və xanımı açılış etdi - FOTOLAR

img

16-04-2014 [21:56]


Bu gün Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

İlham Əliyev və Mehriban Əliyeva Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsiblər. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirib ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.

İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış olub və gimnastların məşq prosesinə baxıblar. Dövlət başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdiriblər.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.







































Digər xəbərlər
SON XƏBƏRLƏR